Əsas Səhifə > Güney Press / Ana xəbər > Sumqayıt icra başçısından şəhid abidəsinə hörmətsizlik

Sumqayıt icra başçısından şəhid abidəsinə hörmətsizlik


16-04-2014, 13:59
Sumqayıt icra başçısından şəhid abidəsinə hörmətsizlik
Sumqayıt Şəhər İcra Hakimiyyətinin arxasında yerləşən 3-cü məhəllənin ərazisində ucaldılmış şəhid abidəsinə hörmətsizlik edilib. JAM.AZ xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Məlumatda deyilir ki, həmin abidə 1996-cı ildə şəhid ailəsinin hesabına abadlaşdırılıb. Həmçinin ailə övladlarının xatirəsini əbədiləşdirmək üçün kiçik bir manoment ucaldıblar. Şəhərdə yaşayan digər şəhid ailələri də vaxtaşırı bu əraziyə gələrək, abidənin ətrafında gül və ağaclar əkiblər.

JAM.AZ xəbər verir ki, amma son bir neçə gündür abidənin ətrafındakı ağacları kəsməyə, salınmış bağçanın isə bərbad hala salınması müşahidə olunur. Həmçinin naməlum adamlar həmin ərazini zibilləməklə məşğuldurlar. Bunun səbəbi kimi isə Sumqayıtın icra başçısı Eldar Əzizovun əhmin ərazini yerli iş adamlarından birinə satmaq niyyətindən irəli gəldiyi göstərilir.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Geri qayıt