Əsas Səhifə > Güney Press / Ana xəbər > Yasamalda Qorxmaz Hüseynovdan Yezid zülmü...

Yasamalda Qorxmaz Hüseynovdan Yezid zülmü...


16-04-2014, 13:13
Yasamalda Qorxmaz Hüseynovdan Yezid zülmü...
Paytaxtın Yasamal rayonu susuz qalıb.

Rayon sakinlərinin virtualaz.org-a verdikləri məlumata görə, artıq 3 gündür ki, onlara xəbərdarlıq etmədən suyun verilməsi dayandırılıb.

Metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığındakı evlər də suya həsrət qalanlar siyahısındadır.

Qəribədir ki, MDB məkanında ən gözəl və rahat şəhər adına iddia edən Azərbaycan paytaxtının mərkəzində sakinlər içmək üçün su tapa bilmirlər.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov isə Bakı qəsəbələrinin fasiləsiz su təchizatı üçün Dövlət Proqramının uğurla həyata keçirildiyinə dair hökumətə hesabat verir.

Halbuki elə həmin “Azərsu”yun əməkdaşları özləri də paytaxtın müxtəlif ərazilərində, xüsusilə Yasamalda su probleminin olduğunu etiraf edir, hətta sakinlərə su probleminin tezliklə çözülməyəcəyini xatırladaraq, mağazalardan su almalarını məsləhət bilirlər.

Bütün bunlar nə deməkdir? Bizcə, məsələ aydındır: “Azərsu”yun yaya hazırlığı ilə bağlı vədləri sadəcə hökumətin, necə deyərlər, gözünə su üfürməkdir, vəssalam!

Geri qayıt