Əsas Səhifə > Güney Press / Ana xəbər > İctimai Siyasi Universitetin rektoru narazılıq yaradır

İctimai Siyasi Universitetin rektoru narazılıq yaradır


16-04-2014, 10:43
İctimai Siyasi Universitetin rektoru narazılıq yaradır
Azərbaycanda özəl ali təhsil müəssisələri ilə bağlı olaraq şikayətlər səngimək bilmir. İndi İctimai Siyasi Universitetdə diplom satışı ilə bağlı şikayətlər daxil olmaqdadır. Adının çəkilməsini istəməyən tələbələrdən birini GUNDEMİNFO.AZ-a müraciətində bildirir ki, adıçəkilən ali məktəbi ötən il bitirib. Lakin bu il diplomunu almaq üçün müraciət etdikdə ondan 70 manat pul istənilib. В«Mən İctimai Siyasi Universitetin tələbsi olmuşam. Bu ali məktəbin filalogiya fakultəsini ötən il bitirdim. Bütün imtahanlarımı verdim. Heç bir akademik borcum qalmayıb. Faktiki olaraq illik təhsil haqqı ödənişini də vermişəm. Lakin mən ötən ilin yayından bəri diplomumu ala bilmirəm. Rektor Rasim Nəbiyevin köməkçisi olan qardbaşı Nazim Nəbiyev mənə deyir ki, 70 manat da pul verməlisən. Mən sonuncu təhsil haqqımı bankdan kredit götürərək ödədim. Atam dünyasını dəyişib, xəstə anamla rayonda yaşayıram. Dəfələrlə rektorun köməkçisinə vəziyyətimi desəm də, heç bir nəticəsi olmayıb. Mənə deyirlər ki, bu pulu Təhsil Nazirliyinə ödəyirikВ» deyə şikayətçi məzun bildirib.

Qeyd edək ki, adıçəkilən ali təhsil ocağı ilə bağlı olaraq şikayətlər kifayət qədərdir. Bu ali məktəbin yerləşdiyi bina faktiki olaraq mövcud ali məktəb üçün standartlara cavab vermir. Aldığımız başqa bir xəbərdə isə deyilir ki, İctimai Siyasi Universitetdə texniki-maddi baza yetərli səviyyədə olmadığından Təhsil Nazirliyi müvafiq olaraq yeni tədris ilindən etibarən tələbə qəbulu üçün plan yeri ayrılmaya bilər. Bununla bağlı da araşdırmalarımız və ali məktəbdəki mövcud texniki şəraitdə dair reportajımızı sizlərə təqdim edəcəyik.

Geri qayıt