Əsas Səhifə > Güney Press / Manşet / Ana xəbər > Hansı icra başçısı Kremlə В«donosВ» məktubu ünvanlayıb? - 100-ə yaxın azərbaycanlı gəncin etirazına reaksiya
Hansı icra başçısı Kremlə В«donosВ» məktubu ünvanlayıb? - 100-ə yaxın azərbaycanlı gəncin etirazına reaksiya15-04-2014, 15:12 |
|
DİA.AZ: - Hazırda vəzifə başında olan məmurlardan biri ilə bağlı redaksiyamıza maraqlı bir informasiya daxil olub. Əməkdaşımızla söhbətində Bərdə sakinlərindən biri DİA.AZ-a ilginc faktı açıqlayıb. Beləliklə həmin iddia olunanları olduğu kimi diqqətinizə təqdim edirik. Bərdə sakini bildirir ki, hazırda Ağcabədi rayon icra hakimiyyətinin başçısı postunu tutan Şahin Məmmədov 1990-cı ilə qədər SSRİ-nin vahid siyasi təşkilatı olan Kommunist Partiyasının gənclər qolu kimi qəbul edilən Komsomolun Bərdə rayon Təşkilatında 2-ci katib vəzifəsini tuturmuş. Bərdə sakini diaaz.space-a danışır: В«Rus ordusunun Bakıda 1990-cı ilin 20 Yanvar tarixində törətdiy qırğınlardan sonra respublikanın bir çox yerlərində olduğu kimi Bərdədə də xalq etirazları baş qaldırmışdı. Həmin zaman mən orta məktəbdə oxuyurdum və aktiv komsomol kimi tanınırdım. Lakin baş verənlərə etiraz olaraq rəhbərliyim altında 100-ə yaxın komsomol fəalının komsomol biletlərini toplayıb, onların komsomol sıralarını tərk etmələri barədə ərizələrini aldım. Hamımız könüllü olaraq bu qərarı verdik. Bir qutu komsomol biletini və ərizələri həmin zaman Komsomolun Bərdə rayon Təşkilatının 2-ci katibi vəzifəsini tutan Şahin Məmmədova təqdim etdim. Bundan bərk əsəbiləşən Şahin Məmmədov məni və etirazçıların hamısını hədələdi və konkret olaraq məni həbs etdirəcəyini bildirdiВ». Bərdə sakini iddia edir ki, hətta SSRİ-nin çökdüyü bir ərəfədə bu gün Ağcabədi rayonuna rəhbərlik edən Şahin Məmmədov ondan və 100-ə yaxın azərbaycanlı yeniyetmədən Kremlə şikayət dolu В«donosВ» məktubu da ünvanlayıb. Hər halda, bu gün vəzifə başında olanların heç də hamısının keçmişində belə bir hadisənin ola biləcəyini təxmin etmirik. İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq… Geri qayıt |