Əsas Səhifə > Güney Press / Ana xəbər > Bakıda vaqonda yaşayan 5 uşaqlı ailənin dramı

Bakıda vaqonda yaşayan 5 uşaqlı ailənin dramı


15-04-2014, 11:57
Bakıda vaqonda yaşayan 5 uşaqlı ailənin dramı
Bakıda 5 uşaqlı ailə vaqonda yaşayır. Kərimovlar ailəsi çətin vəziyyətdə 5 uşağa sahiblənməklə yanaşı, başqa problemlərlə də üz-üzə qalıb. Ünvanlı sosial yardımın kəsilməsi körpələrə baxmağa çətinlik yaradır.

Kərimovlar ailəsi sosial vəziyyətin çətinliyində vaqona sığınmalı olublar. O vaqona ki, içəri daxil olanda adamın ürəyi ağrıyır. Dağılıb uçulmaq təhlükəsi olan vaqonda əslində yaşamaq mümkünsüzdür. Ailə 10 ildir ki, Sabunçu rayonu, Balaxanı qəsəbəsi Elşən Mehdiyev küçəsində bu birotaqlı vaqon evdə yaşayır. Əslində buna yaşamaq demək olarsa. Kərimovlar uşaqlara baxmağa belə çətinlik çəkirlər.

Sadiqə Kərimova deyir ki, bəzən günlərlə uşaqları yemək yemir. Səbəbsə ailənin qazanc yerinin olmamasıdır. Ailənin sonbeşiyi olan 8 aylıq körpəyə yemək tapıb verə bilməyən ana uşaqlara paltar almağı belə ağlından keçirmir.
Ailənin başçisi fəhlə olduğundan yalnız iş tapanda evə pul gətirə bilir. Heç bir yerdə işləməyən ailə başçısı indi qonşuların ümüdünə qaldıqlarını deyir.

Uşaqları üçün ünvanlı sosial yardım ala bilməyən Kərimovlar ailəsi yardIm almaq üçün dəfələrlə aidiyyatı qurumların qapılarını döyüb, şikayətləri cavabsız qalıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildiriblər ki, Kərimovlar ailəsi ünvanlı sosial yardım almaq üçün son bir ildə işlədiyi yerdən arayış gətirməlidir. Yalnız bundan sonra şikayətçiyə ünvanlı sosial yardım verilə bilər. Əks halda Kərimovlar ailəsi ünvanlı sosial yardımdan da əllərini üzmək məcburiyyətində qalacaqlar. Bu isə sosial problemlərlə üzləşən ailəyə heç əl verməyəcək. Xüsusən də yar qarın ac, yarı qarın tox qalan 5 körpəyə.



Geri qayıt