Əsas Səhifə > Güney Press / Ana xəbər > Yavər Camalovun qardaşının 6 min pulunu mənimsəyən kimdir?

Yavər Camalovun qardaşının 6 min pulunu mənimsəyən kimdir?


15-04-2014, 11:13
Yavər Camalovun qardaşının 6 min pulunu mənimsəyən kimdir?
Moderator.az-a Müdafiə Sənayesi Naziri Yavər Camalovun qardaşı Əlikram Camalov barəsində maraqlı məlumat daxil olub.
Bildirilir ki, Ə. Camalova məxsus “Hacı Camalxan” Kəndli Fermer Təsərrüfatında işləyən Sübhan adlı bir işçisini-sürücü ekspeditoru ona qarşı 6 min manatlıq dələduzluq etdiyinə görə Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən barəsində 179-cu maddə ilə (mənimsəmə) cinayət işi başladılmasına nail olub. İdarədə onunla bağlı başqa yerə getməmək barədə iltizam tədbiri seçilərək iş Səbail Rayon Məhkəməsinə göndərilib. Vəziyyətin gərgin olduğunu görən həmin sürücü də həbsdən qurtulmağın yeganə yolunun həmin pulu ödəmək olduğunu görüb bankdan pul götürərək iddia olunan 6 min manatı ödəyib.
Bildirilir ki, həmin kəndli fermer təsərrüfatı Şirvan rayonu ərazisindədir və həmin sürücü-ekspeditorun əmisi qızı Ə. Camalovun həyat yoldaşıdır. Ancaq bu qohumluq əlaqələri də Sübhanı cinayət məsuliyyətinə cəlb edilməkdən xilas edə bilməyib və o zorla canını həbsdən qurtara bilib. Ancaq hələ indidən bu barədə qəti fikir bildirmək olmaz, çünki yaxın günlərdə Səbail Məhkəməsində Sübhanın işinə baxılacaq...

Geri qayıt