Əsas Səhifə > Güney Press / Ana xəbər > Taksi xidməti də Ziya Məmmədovdan alına bilər

Taksi xidməti də Ziya Məmmədovdan alına bilər


15-04-2014, 10:13
Taksi xidməti də Ziya Məmmədovdan alına bilər
Yaxın günlərdə Bakıda taksi xidmətinə nəzarət funksiyası da Nəqliyyat Nazirliyindən alınıb, Bakı Şəhər İcra Hakimiyyətinin tabeçiliyinə veriləcək. Bu barədə JAM.AZ-a etibarlı mənbələrdən məlumat daxil olub.

Həmin məlumatlarda deyilir ki, paytaxtda taksi xidmətinin bərbad səviyyədə təşkil olunması, xüsusən də Nəqliyyat Nazirliyinin müfəttişlərinin özbaşınalıqları və bunun heç də yaxşı nəticələrə gətirib çıxarmayacağanı anlayan rəsmi dairələr belə bir addım atmaq qərarına gəliblər. Məsələ ilə Nazirlər Kabinetinə konkret tapşırıq verilib.

Mənbənin JAM.AZ-a dediyinə görə, Nəqliyyat Nazirliyinin tabeçiliyindən taksi xidməti və ona nəzarətin alınması isə nazir Ziya Məmmədova vurulacaq ikinci ən böyük zərbə olacaq.

Mənbənin sözlərinə görə, iki gəlirli sahənin əldən çıxması ilə yanaşı, səlahiyyətlərin də azalması şübhəsiz Ziya Məmmədovun В«vurulmasıВ»na hesablanmış addımdır. JAM.AZ-a bilgiləndirən şəxs hesab edir ki, artıq nəqliyyat nazirinin görəvindən alınmasının vaxtı çatıb və bunun yaxın dönəmlər üçün reallaşacağı gözlənilir.

Geri qayıt