Əsas Səhifə > Güney Press / Ana xəbər > Azərbaycanlı iş adamı Türkiyə Boz Qurdlarının liderini məhkəməyə verdi

Azərbaycanlı iş adamı Türkiyə Boz Qurdlarının liderini məhkəməyə verdi


14-04-2014, 10:40
Azərbaycanlı iş adamı Türkiyə Boz Qurdlarının liderini məhkəməyə verdi
DİA.AZ: - Türkiyənin Millətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı məhkəmə qarşısında cavab verməli olacaq. DİA.AZ-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, MHP başqanından məhkəməyə Azərbaycan əsilli, iranlı iş adamı Rza Zərrab şikayət edib.

Xatırladaq ki, keçən ilin səs-küylü 17 dekabr tarixli əməliyyatı zamanı Rza Zərrab həbs olunmuşdu. Və bunun ardından ona qarşı Türkiyənin iki müxalifət partiyasının lideri sərt açıqlamaları ilə diqqətə gəlmişdilər. Artıq Rza Zərrab Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Qılıncdaroğlunu məhkəməyə verib. Bu dəfə isə Dövlət Baxçalıdan şikayət edən Azərbaycan əsilli iş adamı MHP sədrinin 30 Mart seçkilərinə 3 gün qalmış Qəhrəmanmaraşda seçicilərlə görüşü zamanı Rza Zərraba qarşı söylənən В«şarlatanВ» ifadəsinə görə 100 min lirəlik məhkəmə davası açıb.

DİA.AZ bildirir ki, bu barədə Türkiyə mediasına açıqlama verən Rza Zərrabın özü də bildirib ki, o, Dövlət Baxçalının В«İrandan bir şarlatan gəlmişВ» açıqlamasını ünvanına təhqir hesab edir.

Geri qayıt