Əsas Səhifə > Güney Press / Ana xəbər > Şəhid ailəsinin daxması uçur- Kömək edən yoxdur

Şəhid ailəsinin daxması uçur- Kömək edən yoxdur

8-04-2014, 14:25
Şəhid ailəsinin daxması uçur- Kömək edən yoxdur
Şəhid ailəsi ölkə başçısından və aidiyyəti qurumlardan yardım istəyir.

“Qafqazinfo”ya müraciət edən Mehdiyeva Minarə bildirib ki, həyat yoldaşı Mehdiyev Elman Nəriman oğlu 1992-ci ildə şəhid olandan müraciət etdikləri aidiyyatı qurum qalmayıb, lakin indiyə qədər heç kim onlara kömək etməyib. Tərtərin Təzəkənd kəndində yaşayan şəhid ailəsi yaşadıqları daxmanın yararsız vəziyyətdə olduğunu və hər an uçmaq təhlükəsi ilə üz-üzə qaldığını deyir:

“Elə bir şəraitdə yaşayırıq ki ev başımıza uçur. Qorxa-qorxa yaşayırıq ki, bu gün-sabah ev uçacaq. Rayon icra başçısına dəfələrlə müraciət etmişik. Bir neçə dəfə evə baxmaq üçün gəliblər, lakin avamlığımdan, köməksiz olduğumundan istifadə edib başlarından edirlər. Evdə gələcəyin 3 əsgərini böyüdürəm, qızım da uşaqları ilə mənimlə yaşayır, nəvələrim var, oğlum 1 il əsgərlik çəkdkdən sonra vərəmə tutulduğu üçün ordudan təxris olunub. Ayda 50 manat təqaüd alır, o da dərmanlarına güclə çatır. Torpaq evdə yaşayırıq, rütubətdən xəstə oğlum nəfəs ala bilmir. Hər ay dövlətdən bizə verilən 200 manatın da cəmi 100 manatı mənə çatır. Digər 100 manatı qayınanamgil götürür.

Rayon icra başçısı daha məni qəbul da etmir, sizə yardım etmək üçün vəsaitimiz yoxdur deyir".

M.Mehdiyeva Ombudsman Elmira Süleymanovaya, Gənclər və Turizm Nazirliyinə müraciət etdiyini, cavab gəlsə də hələ də yardım göstərilmədiyini deyir.

Geri qayıt