Əsas Səhifə > Güney Press / Ana xəbər > Hesablama Palatası В«AzəriqazВ»da yoxlamaya başlayır?

Hesablama Palatası В«AzəriqazВ»da yoxlamaya başlayır?


7-04-2014, 12:53
Hesablama Palatası В«AzəriqazВ»da yoxlamaya başlayır?
Sosial şəbəkədə Hesablama Palatasının bu gün В«AzəriqazВ»da yoxlamalara başladığı barədə məlumat yayılıb. Bu barədə məlumatı hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı öz В«facebookВ» səhifəsində yerləşdirib: В«Görəsən, Hesablama Palatası hansı sahəyə daha çox diqqət yetirəcək?

Ölkədəki yoxa çıxan qaza (qaz itgiləri), yoxsa külli miqdarda mənimsəmə faktlarına? Ötən həftə qeyd etmişdim ki, üç vəzifəli şəxs : anbar müdiri , ümumi məsələlər üzrə müavin- yəni birbaşa təchizat məsələlərinə cababdeh və satınalmalar şöbəsinin müdiri işdən azad olunubВ».

M.Qəhrəmanlının sözlərinə görə, adətən Hesablama Palatası büdcə vəsaitlərinin xərclənməsinə nəzarət edir: В«ARDNŞ büdcədən maliyyələşmir, ancaq yeni qaz xətlərinin çəkilişi ilə əlaqədar büdcədən külli miqdarda vəsait ayrılıb və dövlət başçısına məruzə olunub ki, ölkə üzrə qazlaşma 90%-dən yuxarıdır. Ancaq nədənsə köhnə xətlər yenisi ilə əvəz olunduqdan sonra da itkilərə təsir etmədiВ».

Yayılan məlumatla bağlı В«AzəriqazВ»ın mətbuat xidmətinin rəhbəri Azər Ağayevlə əlaqə saxladıq. A.Ağayev Hesablama Palatasının В«AzəriqazВ»da yoxlamaya başladığı ilə bağlı xəbəri təsdiqləmədi.

Geri qayıt