Əsas Səhifə > Güney Press / Ana xəbər > “Səhliyalı şirkəti istelahkçıları aldadır”

“Səhliyalı şirkəti istelahkçıları aldadır”


7-04-2014, 11:42
“Səhliyalı şirkəti istelahkçıları aldadır”
“SAB ət məhsulları şirkəti AİB-ə keyfiyyətə nəzarət məqsədilə araşdırma aparmaq imkanı yaratsa da, Səhliyalı şirkəti bundan imtina edir”.

Bu sözləri Editor.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Səhliyalı şirkətinə məxsus kolbasa məhsullarında qurd aşkar olunmasına münasibət bildirərkən belə deyib.

Onun sözlərinə görə, Avropa ölkələrində HAASP markası tətbiq olunur ki, bu yolla keyfiyyətə ciddi nəzarət imkanı yaranır: “Bu sistem vasitəsilə məhsullar istehlakçının stoluna qədər nəzarət altında istehsal edilir və bu da öz növbəsində keyfiyyətli məhsulun ərsəyə gəlməsinə səbəb olur. SAB şirkəti HAASP markasının tətbiqinə icazə versə də, Səhliyalı şirkəti bundan imtina etdi. Görünür onların fəaliyyətində qüsur var ki, buna ehtuyac duymadılar. Son hadisə göstərdi ki, Səhliyalı şirkətinin məhsulları standartlara cavab vermir və onlar müştəriləri aldadırlar”.

Geri qayıt