Əsas Səhifə > Güney Press / Ana xəbər > Suriyada döyüşən azərbaycanlıların ailələri də yola çıxdı
Suriyada döyüşən azərbaycanlıların ailələri də yola çıxdı4-04-2014, 17:23 |
|
Ötən günlərdə xəbər vermişdik ki, Novruz Bayramı ərəfəsində Derra və Homa şəhərləri yaxınlığında Əsəd qoşunları ilə gedən döyüşlərdə üç gün ərzində 15 nəfər azərbaycanlı həlak olub. JAM.AZ-a məlumat verən mənbə bildirmişdi ki, Suriyada döyüşən həmin azərbaycanlıların nəşləri elə döyüş gedən bölgədə dəfn edilib. Bu gün aldığımız məlumata görə, ölən azərbaycanlıların 10-a yaxınının ailələri də onlarla birlikdə Suriyada məskunlaşıbmış. JAM.AZ-a məlumat verən şəxslərin sözlərinə görə, döyüşçülərin valideynləri məsələdən xəbər tutaraq, onlarla birlikdə bölgəyə getmiş gəlinləri ilə əlaqə saxlayıblar. Bir xeyli aparılan telefon danışıqlarında onları geri gəlmələrinə razı salmaq mümkün olmayıb. Hətta gəlinləri həyat yoldaşlarının ailə üzvlərinə kəskin şəkildə etirazlarını bildirərək, onların Suriyaya gəlməsini tələb ediblər. В«Qadınlar deyiblər ki, uşaqları ilə birlikdə Suriyada cənnəti tapıblar və sonadək burada qalıb, şəhid olacaqlarВ». Mənbənin bildirdiyinə görə, vəziyyət belə şəkil aldıqdan sonra validyenlər nəvələrinin ardınca yola çıxıblar. Belə ki, onlar Türkiyəyə gedərək, oradan Suriyaya keçməyə çalışırlar. Məqsədləri nəvələrini od-alovun içində çıxarıb, vətənə gətirməkdir. Geri qayıt |