Əsas Səhifə > Güney Press / Ana xəbər > Daha bir radar qalmaqalı
Daha bir radar qalmaqalı4-04-2014, 12:34 |
![]() Yol polisi: ”Gizli xidmət aparıram, mənə mane olmayın”. Sumqayıt- Bakı yolunun Ceyranbatan qəsəbəsindən keçən hissəsində yolun kənarında 10 YP 990 dövlət nömrə nişanlı “BMV” markalı avtomobilin içərisində radar qurulub.(Nömrə bu avtomobilin yol polisinə məxsus oluğunu isbat edir) Xeberle.com-un əməkdaşı bu gün həmin avtomobilə yaxınlaşaraq suallarına cavab tapmaq istəyib. Avtomobildə əyləşən polis əməkdaşının dialoqunu sizlərə təqdim edirik. - Salam əleyküm. - Əzizim 70 surət var. Zəng vurun bizim Mətbuat Şurasına. Burda qeyri-qanuni heç nə yoxdur. - Burda niyə durmusuz? - Hərəkət surətinə nəzarət edirik. - Radar var qabaqda. - Xeyr. Burda gizli xidmət gedir də. - Qanunda elə şey var? - Bəli var. - Hansı qanunda? - Yol hərəkəti haqqında qanunda. - Neçənci maddə? - Zəhmət olmasa yaxınlaşın Respublika QAİsindən məlumat alın. Mən burda xidmətdəyəm. Mənə mane olmayın. - Neçənci maddə? - Xahiş edirəm mənə mane olma. Mən burda xidmətdəyəm. - Bu dəqiqə əraziyə Yol polisi əl atır ratsiyaya - Komandir zəhmət olmasa əraziyə naryad göndərin. Burda yoldaşlar mənə maneçilik törədir. - Xahiş edirəm mənə mane olmayın. - Gözləyirik qoy gəlsinlər. - Sən yaxınlaş QAİ respublikaya nə sözün, nə sualın var, orda cavablandırsınlar. - Sizin adınız nədir? - Mənim adım Nizami Salamovdur. - 1182 - Bəli, bəli Geri qayıt |