Əsas Səhifə > Güney Press / Ana xəbər > "Putinin imperiya planlarında Azərbaycan xüsus yer tutur"
"Putinin imperiya planlarında Azərbaycan xüsus yer tutur"3-04-2014, 14:32 |
|
Aprelin10-dan sonra Rusiya Azərbaycana qarşı genişmiqyaslı informasiya müharibəsinə başlayacaq. Bu sözləri Avropa.info-ya Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) sədri Daşqın Gülməmmədov deyib. Onun sözlərinə görə, Rusiya rəhbərliyi Ukraynadan sonra Azərbaycana qarşı təhdid adımmları atmağa hazırlaşır: "Aprelin 10-dan sonra Rusiya Azərbaycana qarşı genişmiqyaslı informasiya müharibəsinə başlayacaq. Rusiya prezidenti Vladimir Putinin imperiyanı bərpa etmək planlarında Azərbaycan xüsus yer tutur. Ukraynadan sonra əsas zərbə Azərbaycana qarşı hazırlanır. İlk öncə Dağlıq Qarabağı Rusiyaya federasiya subyekti halında birləşdirilməsi nəzərdə tutulur. Bunun üçün Rusiya xüsusi xidmət orqanları KİV-ləri, Tv-ləri və digər informasiya resusrlarını Azərbaycana qarşı informasiya müharibəsi aparılması üçün təlimatlandırıblar və ilkin hazırlıqlar artıq başa çatıb. Azərbaycana qarşı İnformasiya müharibəsinin tərkib hissəsi olaraq Azərbacandakı "Beşinci kolon"-Rusiyameyilli qruplar aktivləşdiriləck, bəzi Ermənistan və İran KİV-ri də bu prosesə qoşulacaq. Rusiyanın Azərbaycan qarşı informasiya müharibəsi 10 aprel 2014-cü il saat Moskva vaxtı ilə saat 12.00-dan sonra başlayacaq". Geri qayıt |