Əsas Səhifə > Güney Press > Pentaqonun Kəşfiyyat İdarəsinin nümayəndəsi məsləhətləşmələr üçün Bakıya gəlib

Pentaqonun Kəşfiyyat İdarəsinin nümayəndəsi məsləhətləşmələr üçün Bakıya gəlib


6-09-2024, 13:12
Pentaqonun Kəşfiyyat İdarəsinin nümayəndəsi məsləhətləşmələr üçün Bakıya gəlib
ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin Avropa-Avrasiya Mərkəzinin rəhbəri Patrik Prayor məsləhətləşmələr aparmaq üçün Bakıya gəlib.

"Report"un məlumatına görə, bu barədə ABŞ səfirliyinin "X" sosial şəbəkəsindəki hesabında bildirilib.

“Biz təhlükəsizlik sahəsində ABŞ-Azərbaycan əlaqələrinin gücləndirilməsi məsələləri ilə bağlı Azərbaycan hökuməti ilə məsləhətləşmələr aparmaq üçün Bakıya gələn ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin Avropa-Avrasiya Mərkəzinin rəhbəri cənab Patrik Prayoru ürəkdən salamlayırıq”, - diplomatik nümayəndəlik ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbinin sözlərini sitat gətirir.

Geri qayıt