Əsas Səhifə > Güney Press / Ana xəbər > BMT Azərbaycanda yoxlamalar aparır

BMT Azərbaycanda yoxlamalar aparır


31-03-2014, 09:53
BMT Azərbaycanda yoxlamalar aparır
BMT Azərbaycanda əlillərin hüquqlarına dair vəziyyəti yoxlayır.

Bu barədə virtualaz.org saytına BMT-nin Bakı ofisindən xəbər veriblər.

Xəbərdə deyilir ki, aprelin 1-də BMT-nin Əlillərin Hüquqları üzrə Komitəsi (CRPD ) Azərbaycandakı vəziyyəti müzakirə edəcək. Azərbaycanın Əlillərin Hüquqları haqqında Konvensiyaya qoşulan 143 iştirakçı ölkədən biri olduğuna görə 18 beynəlxalq müstəqil ekspertdən ibarət olan komitəyə müntəzəm hesabatlar təqdim etməsi tələb olunur.

BMT-nin Əlillərin Hüquqları üzrə Komitəsi Azərbaycanın nümayəndə heyəti ilə dialoqlar aparacaq, eləcə də əlil şəxslərin birliklərini, QHT və onların təmsil olunduğu digər təşkilatların fikirlərini dinləyəcək. Həmçinin tikinti, nəqliyyat və rabitə imkanlarından istifadə, hüquqi bacarıqlar, müstəqil yaşama tərzinin dəstəklənməsi ilə məcburi təşkilatlanmanın qadağan edilməsi, sağlamlıq imkanları məhdud olan uşaqlar üçün inklyuziv təhsil, əlilliyin əmək bazarında əsas ayrı-seçkilik olması hallarının qarşısının alınması məsələləri müzakirə ediləcək.

Geri qayıt