Əsas Səhifə > Güney Press > Ülvi Quliyev yenə Yasamalı seçdi
Ülvi Quliyev yenə Yasamalı seçdi6-08-2024, 12:59 |
|
Milli Məclisin deputatı, Gənclər və idman, Səhiyyə komitəsinin üzvü, Azərbaycan Karate Federasiyaları Assosiasiyasının prezidenti Ülvi Quliyev 15 saylı Yasamal 1-ci seçki dairəsindən yenidən deputatlığa namizədliyini irəli sürüb. O, Bakupost.az -a açıqlamasılnda artıq namizədliyinin qeydə alındığını bildirib. Qeyd edək ki, Ülvi Quiyev 17 sentyabr 1966-cı ildə Bakı şəhərində, professor Zahid Quliyevin ailəsində anadan olub. 1998–2002-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Rus və ingilis dillərini bilir. Karate idman növü üzrə Avropa və dünya çempionudur. 2005-ci ildə 21 saylı Nəsimi 1-ci seçki dairəsindən, 2010-cu ildə 17 saylı Yasamal 3-cü seçki dairəsindən, 2015-cu ildə 15 saylı Yasamal 1-ci seçki dairəsindən (V çağırış) deputat seçilib. Almaniya Federativ Respublikası, Belçika, Böyük Britaniya, Çexiya, Koreya, Rusiya, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Azərbaycan Respublikası Milli Məclisinin və Rusiya Federasiyası Federal Məclisinin ikitərəfli əməkdaşlığı üzrə parlamentlərarası komissiyanın üzvüdür. Evlidir, 2 övladı var. Geri qayıt |