Əsas Səhifə > Güney Press / Manşet > Kürdəmir sakini rəsmən LABİRİNTDƏ...
Kürdəmir sakini rəsmən LABİRİNTDƏ...22-07-2024, 17:33 |
|
Kürdəmir rayonunun Şüşün kəndində yaşayan İbrahimli Pərviz Tahir oğlu tərəfindən Ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də Dia-az.İnfo-ya daxil olan müraciətdə deyilir: "Hörmətli media nümayəndələri! Ölkəmizdə 4-cü hakimiyyət olaraq, Sizn dəsdəyinə ehtiyac var. Səsim cənab prezidentimizə çatmır. İnanıram ki, ucqar bir kəndə baş vermiş qanunsuzluqlar sayənizdə aradan qaldırılacaq. Kəndimizin barbar bələdiyə başçısı və onun özlərini qanundan üstün hesab edən havadarları axrı ki, qanunlarımızın məngənəsindən canını qurtara bilməyəcək. Kürdəmir rayon, Köhünlü bələdiyyəsinin sədri Azər Ağayevin özbaşınalıqları barəsində lazimi qurumlara məlumat vermişdim. Bildirmişdim ki, Köhünlü bələdiyyəsinin elə bələdiyyə üzvüləri vardır ki, illərdir iclaslarda iştrak etmir və o şəxslər kəntdə yaşamır. Həmçinin bildirmişdim ki, Azər Ağayev bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikasının qanunun tələbinə əməl etmir və seçicilərə hesabat vermir. Həmçinin şəxs bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının qanuna uyğun olaraq, müxtəlif məqsədlər üçün В mülki dövriyyəyə cəlb edilən torpaqlar barədə əhalinin məlumatlandırmır. Bununla yanaşı В bələdiyyəyə məxsus 100 hektarlarla torpaq sahəsinin nəyinsə müqabilində qanunsuz olaraq, hərrac nəticələri və icarə müqavilələri olmadan istifadəyə verilib. Məktub ünvanlayaraq aşağıdakıları xahiş etmişdim. 1.В В В В В Kürdəmir rayon, Köhünlü kəndi ərazisində olan bələdiyyə torpaqarının sahə ölçüləri və yerləşmə yerləri barədə məlumat təmin edilməsini. 2.В В В В В Köhünlü bələdiyyəsinin ərazisində qanuni icarə müqaviləsi olan torpaqlar barəsində seçicilərə məlumat verilməsini. 3.В В В В В Köhünlü bələdiyyəsinin ərazisində qanunsuz istismar olunan 100 hektarlarla torpaq sahəsinin qanunsuz istismar olunmasına dair cinayət məcəlləsinin 188-ci В maddəsinə uyğun hüqquqi addım atılmasını. 4.В В В В В Qeyri-qanuni istismar olunan torpaqların dövriyyəyə qaytarılaraq hərraca çıxarılmasını. 5.В В В В В Torpqaların qeyri-qanuni istifadəyə verilməsinə görə korrupsiya faktının araşdırılmasını. В 10.07.2024 tarixində Əmlak Məsələləri Dövlət Xidmətinin Ucar Ərazi şöbəsinin əməkdaşları torpağa baxış keçirərək akt tərtib ediblər. Qeyd edim ki, baxış zamanı torpaqlara dair heç bir sənəd təqdim edilmədi. Həmçinin ölçülər aparılan zaman əmlak mütəxəssisləri ərazilərə dair sənəd aşkar edə bilmədilər. Lakin mənə akt təqdim edilərkən tərtib edilən aktın tam qanunsuz və saxta faktlara dolu olduğunu gördüm. Qarşı tərəf akta imza atmayacağım təqdirdə aktın surətini əldə edə bilməyəcəyimi dedi. Bu faktı əmlak mütəxəsissinin üzərindəki video müşahidə cihazından da təyin edilə bilər. Aktı əldə etmək üçün imza atdım və qarşı tərəfə tərtib edilən aktdan şikayət edəcəyimi bildirdim. Tərtib edilmiş aktda olan qanunsuzluqları bir-bir qeyd etmək isdərdim. (akt məktuba əlavə edilib) 1. Aktda 15 hektar torpaq sahəsinin 26 avqust 2007-ci ildə bələdiyyə qərarı və eyni tarixli icra müqaviləsi ilə Rüstəmov Zəmanət Fətalı oğluna icarəyə verildiyi qeyd edilib. Burdan belə çıxır ki, şəxsin icarə müqaviləsi 2032-ci ildə bitir. Halbuki qeyd edilən ərazinin 22 hektarı 906012001114 nömrəli çıxarışla 1 avqust 2024 tarixində hərraca çıxarılıb. Bu fakt tərtib edilən aktın saxta olmas barəsində əsaslı dəlildir. 2.В Aktda qeyd edilib ki, 19.30 hektar torpaq sahəsi Zülfiqarov Hüseyn Ədalət oğlunun icarəsindədir. Halbuki 906012001064 nömrəli torpaq sahəsi 11 oktyabr 2023-cü tarixində hərraca çıxarılıb və ölçüsü aparılan yerdə yerləşmir və tamamilə başqa adama məxsusur. 3. Yuxarıda göstrilən faktlar Alıyev Etibar Alı oğlunun və Şahverdiyev Həsrəd Murad oğlunun istifadəsində olan torpaq sahələrinə də aitdir. 4. Ölçməsi aparılmış torpaq sahəsinin ümumi ölçüsü 120 hektar olduğu halda yuxarıda qeyd edilən sənədlərdə 68.34 hektar sahə barəsində məlumat var. Qalan torpaq sahələri barəsində heç bir məlumat yoxdur. 5. Mən təqdim etdiyim digər sahələr haqqında mılumat akta daxil edilməyib. В Bütün faktlar göstərir ki, Kamil Həsənli təsir dairəsinə düşüb və ədalət prinsiplərini unudub. Qeyd edim ki, ölçü aparan zaman bələdiyyə sədri torpaq sahələrinin sənədi olmadığını görərək dırnaq arası konsert verdi. Səsini başına ataraq məni provikasiyaya çəkməyə cəhd etdi. Bu səbəbdən də qanunsuz istismar olunan digər torpaq sahələrini əmlak mütəxəssislərinə təqdim edə bilmədim. Bunu nəzərə alaraq, aşağıdakıları xahiş edirəm: 1.В В В В В Xahiş edirəm ki, ədalətin bərpası üçün əraziyə Bakıdan əmlak mütəxəssisləri ayrılsın. 2.В В В В В Bələdiyyə məxsus bütün torpaq sahələrinin sənədləri yoxlanılsın. 3.В В В В В Təkrar ölçü aparılan zaman Kürdəmir RPŞ-dən içtimai asayişi qorumaq üçün polis dəvət edilsin. 4.В В В В В Tərəfimdən təqdim edilmiş kordinatlarla ölçü zamanı təqdim edilmiş 906013033032, 906013033033, 906013033034, 906012000745, 906012000746, 906012001064 çıxarışlardakı koordinatların uyğunluğu yoxlanılsın. 5.В В В В В Media qurumları bütün ölçü prosesində iştrak etsinlər. В В В В Həmçinin aktda qeyd edilib ki, Kürdəmir rayon, Köhünlü kəndi ərazisində olan bələdiyyə torpaqarının sahə ölçüləri və yerləşmə yerləri barədə məlumat təmin edilməsi üçün Əmlak Məsələləri Dövlət Xidmətinin Ucar Ərazi şöbəsinə rəsmi müraciət ünvanlamalıyam... *** В В В В В В В В В В В В В В В В В В В Hörmətli Ucar Ərazi Şöbəsinin rəhbərliyinə! В В В В В В В В В В В В В В В В В В В Sizdən rəsmi şəkildə xahiş edirəm ki, yuxarıda qeyd edilən torpaqarının sahə ölçüləri və yerləşmə yerləri barədə məlumat təmin edilməsi üçün rəsmi tələbimi icra edəsiniz. В В В В В В В В В В В В В В В В В В В Bununla yanaşı aktda qeyd edilib ki, Köhünlü bələdiyyəsinin ərazisində qanuni icarə müqaviləsi olan torpaqlar barəsində məlumat verməsi üçün Köhünlü bələdiyyəsinə rəsmi müraciət etməliyəm. Hörmətli Azər Ağayev! В В В В В В В В В В В В В В В В В Sizdən xahiş edirəm ki, Köhünlü bələdiyyəsinin ərazisində qanuni icarə müqaviləsi olan torpaqlar barəsində mənə rəsmi məlumat verəsiniz. В İnanıram ki, mətbuat orqanları bu qanunsuzluqları işıqlandıracaqlar. В Sənədsiz bələdiyyə torpaqlarının xəritəsi də məktuba əlavə edilib. Əlaqə nömrəsi – 0102559345 Hörmətlə, İbrahimli Pərviz Tahir oğlu 20.07.2024 Kürdəmir rayon Şüşün kəndi" Geri qayıt |