Əsas Səhifə > Güney Press / Manşet / Ana xəbər > Həbsdə olan məmur Şəkinin icra başçısını ittiham edib

Həbsdə olan məmur Şəkinin icra başçısını ittiham edib


27-03-2014, 16:23
Həbsdə olan məmur Şəkinin icra başçısını ittiham edib
“Aqrolizinq” ASC-nin Şəki filialında dövlətin 5 milyon manatının məniməsnilməsində Şəki rayon İcra Hakimiyyətinin başçısı Elxan Usubovun da adı keçir.

Bu barədə PİA.AZ-a daxil olan məlumatda bildirilir ki, “Aqrolizinq” ASC-nin Şəki filialının direktoru Rasim Qurbanov istintaq-tədqiqat orqanlarına bildirib ki, o heç də bu qədər vəsaitin mənimsənilməsində günahkar deyil. Təbii ki, o, bu işdə yuxarıdan verilən təlimatlar əsasında çalışıb və mənimsənildiyi idda olunan külli-miqdarda vəsait heç də onda qalmayıb. Daxil olan məlumata əsasən Rasim Qurbanovun bu bəyanatından sonra onun haqqında açılmış cinayət işinin ört-baslır edilməsinə start verilib. Bu işin ört-basdır edilməsində isə Şəki rayon İcra Hakimiyyətinin başçısı Elxan Usubovun daha böyük maraq göstərdiyi qeyd olunur.

Qeyd edək ki, “Aqrolizinq” ASC-nin Şəki regional loqistik bazasının vəzifəli şəxslərinin qanunsuz hərəkətlərinə dair Hesablama Palatasının auditindən sonra müəyyən olunmuş maliyyə pozuntuları ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılma başladılıb.

Rasim Qurbanovun həyata keçirdiyi maliyyə maxinasiyaları nəticəsində dövlətə milyonlarla manat ziyan vurulub. Belə ki, Rasim Qurbanov öz yaxın ətrafındaki şəslərin adlarına torpaq sahələri yazdıraraq dövlətdən külli-miqdarda subsidiya alıb və bu yolla son bir neçə ildə milyonlarla manat dövlət vəsaiti mənimsəyib.

PİA.AZ-a daxil olan məlumata əsasən Rasim Qurbanovun həyata keçirdiyi maxinasiyanın bir hissəsi də Şəki şəhər icra hakimiyyətinə gedib çıxır. Belə ki, Aqroliznq direktoru Şəki icra hakimiyyətinin aqrar məsələlər üzrə şöbə müdiri Xəlil Xəlilovla əlbir olaraq Şəki rayonun 38 bələdiyyəsinin nəzdində olan 15 min hektara yaxın torpaq sahələrində taxıl əkilməsini sənədləşdirərək hər il dövlətdən təxminən 2 milyon manat yaxın vəsait oğurlayıblar.

Məlumatlı mənbə həmçinin bildirir ki, Ş“Aqrolizinq” ASC-nin Şəki filialının direktorunun başqa qazanc mənbəyi isə Xəlil Xəlilovla birlikdə 34 icra nümayəndəsinin əli ilə taxıl, yonca əkən vətəndaşlarımıza gübrələrin, müxtəlif növ dərmanların verilməsi olub. Əslində həmin gübrə və müxtəlif dərmanlar qara bazarda satılıb və bundan da külli miqdarda qazanc əldə edilib. Yəni, bir çox kəndlərdə vətəndaşlarımıza və bələdiyyə torpaqlarının adına yazdırılan yüz tonlarla gübrələr Rasim Qurbanov tərəfindən satılaraq mənimsənilib.

Məlumatda göstərilir ki, keçən il Şəki rayonunda 80 min hektara taxıl sahəsi əkilib. Məhz Rasim Qurbanov və onun icra hakimiyyətindəki şərikləri bir çox yonca sahələrini taxıl yeri kimi sənədləşdirərək milyonlarla manat qazanc əldəe diblər.

Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazııırıq…

Geri qayıt