Əsas Səhifə > Güney Press / Manşet / Ana xəbər > Novruz Bayramı ərəfəsində əfv fərmanı niyə imzalanmadı

Novruz Bayramı ərəfəsində əfv fərmanı niyə imzalanmadı


27-03-2014, 15:58
Novruz Bayramı ərəfəsində əfv fərmanı niyə imzalanmadı
DİA.AZ: - Bu il Novruz bayramı ərəfəsində əfv fərmanının imzalanacağı gözlənilsə də, veriləcək qərarla yaxınlarının azadlığa çıxacağını gözləyənlər sevinə bilmədi. Amma DİA.AZ-a daxil olan informasiyadan aydın olur ki, Novruz Bayramı ərfəsində əfv fərmanının verilməməsi qərarın 10 May ərəfəsinə ertələnməsilə bağlıdır.

Mənbəmiz iddia edir ki, həmin tarixdə bir çox tanınmış məhbuslar azadlığa çıxacaq: В«Belə bir addımın atılması planlaşdırılır. Artıq onlarla tanınmış məhbus əfv olunması üçün prezidentə müraciət edib. Onların arasında hətta müxalifətçilər də varВ».

Mənbəmiz əlavə edib ki, 10 May ərəfəsində veriləcək əfv siyahısında keçmiş OMON-çuların da adları salınıb: В«Eyni zamanda bir neçə dindar məhbus, habelə İslam Partiyasının sədri də qeyd olunan ərəfədə azadlığa çıxa bilər. Belə bir qərar var. Lakin 10 Maya qədər vəziyyət dəyişərsə, siyahının yenilənməsi də mümkündürВ».

Geri qayıt