Əsas Səhifə > Güney Press / Manşet > Səyavuş Heydərova CİNAYƏT İŞİ AÇILIR?
Səyavuş Heydərova CİNAYƏT İŞİ AÇILIR?15-07-2024, 16:53 |
|
Az əvvəl Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin iki müavini vəzifəsindən azad edilməsi xəbərini diqqətinizə təqdim etdik. Aydın oldu ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı və sədr müavini Səyavuş Heydərov Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə vəzifələrindən azad olunublar. Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Media və kommunikasiya şöbəsindən məlumatı təsdiqləyiblər. Bununla bağlı Dia-az.İnfo-ya olduqca ilginc iddialarla dolu informasiya daxil olub. Xəbəri verən mənbənin bildirdiyinə görə, hər iki şəxsin adı bu gün sözügedən dövlət komitəsinə ayrılan büdcə vəsaitlərinin mənimsənilməsində hallanmaqdadır və bununla bağlı konkret hüquqi araşdırmaya start verilib. Mənbə iddia edir ki, Səyyad Salahlıdan (Aran) fərqli olaraq adı maliyyə maxenasiyalarında daha çox çəkilməkəd olan Səyavuş Heydərovun həbsi belə mümkündür: "Bu barədə əsas nəticələr geişata kənar müdaxilələrlə müəyyən olunacaq". Bizi izləməyə davam edin. Əlavə bilgilərimiz olacaq... Geri qayıt |