Əsas Səhifə > Güney Press / Manşet > Daha bir bank bağlanır?
Daha bir bank bağlanır?15-07-2024, 14:15 |
|
2024-cü ilin yanvar-mart ayları ərzində “Yelo Bank”ın aktivlərinin həcmi 1 milyard 130 milyon 811 min manat təşkil edib. Dia-az.İnfo xəbər verir ki, bankın maliyyə hesabatına əsasən bu, 2023-cü ilin sonu ilə müqayisədə 27,8 %, yaxud da 435 milyon 641 min manat azdır. “Yelo Bank”ın aktivlərinin həcmi 2023-cü ilin sonunda 1 milyard 566 milyon 452 min manat olub. Bankın aktivlərinin azalmasının bir səbəbi də bankın nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən, bloklaşdırılmış nağd vəsaitlərinin kəskin azalmasıdır. Belə ki, 2024-cü ilin yanvar-mart aylarında bankın nağd vəsaitlərinin həcmi 2023-cü illə müqyaisədə 3 dəfəyə yaxın, yaxud da 455 milyon 375 min manat azalaraq 231 milyon 918 min manata enib. 2023-cü ilin sonunda “Yelo Bank”ın nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsaitlərinin həcmi 687 milyon 293 min manat təşkil edib. Bankın ticarət və investisiyalara yatırdığı investisiyaların həcmi 2023-cü ilin sonu ilə müqayisədə 3,5 % artaraq 8 milyon 896 min manat təşkil edib. “Yelo Bank”ın 2023-cü ilin sonunda ticarət və investisiyalara yatırdığı investisiyaların həcmi 8 milyon 594 min manat təşkil edib. “Yelo Bank”ın banklar və digər maliyyə institutlarındakı depozitlərinin həcmi bu ilin yanvar-mart aylarında 44 milyon 464 min manat olub. Bu da 2023-cü ilin sonu ilə müqayisədə 19,8 %, yaxud da 10 milyon 992 min manat azdır. “Yelo Bank”ın 2023-cü ilin sonunda banklar və digər maliyyə institutlarındakı depozitlərlərinin həcmi 55 milyon 456 min manat təşkil edib. Hesabat dövründə bankın banklar və digər maliyyə institutlarına verilən kreditlərinin həcmi 10 milyon 115 min manat olub ki, bu da 2023-cü ilin sonu ilə müqayisədə 2 dəfəyə yaxın, yaxud da 5 milyon 40 min manat çoxdur. “Yelo Bank” 2023-cü ilin sonunda banklara 5 milyon 75 min manat kredit verib. 2024-cü ilin yanvar-mart aylarında “Yelo Bank” müştərilərə verdiyi kreditlərin həcmi 5 % artaraq 802 milyon 549 min manat olub. 2023-cü ilin sonunda bank müştərilərə 764 milyon 309 min manat kredit verib. “Yelo Bank”ın aktivlərinin, nağd vəsaitlərinin həcminin, banklar və digər maliyyə institutlarındakı depozitlərin həcminin azalması, adıçəkilən bankın gələcəyi ilə bağlı mənfi nəticələrdən xəbər verir? İqtisadçı-ekspert Əkrəm Həsənov “Cebhe.info”-ya bildirib ki, bu göstəricilər “Yelo Bank”la bağlı mənfi göstəricilərdən xəbər vermir: “Sadəcə verdiyi kreditlər azalıb. Yəni bankın dövriyyəsi azalır və bu o demək deyil ki, bankın vəziyyəti pisləşib. Bildirim ki, “Yelo Bank”ın keçmiş rəhbərindən xeyli problemli kreditlər də qalmışdı.Bu bank da son dövrlər kifayət qədər uğurlu olaraq onları qaytara bilir və daha az kredit verir. Yəni daha ehtiyatlı davranır. Bütövlükdə maliyyə göstəriciləri əksinə, əvvəlkinə nisbətən yaxşıdır”. Geri qayıt |