Əsas Səhifə > Güney Press / Ana xəbər > Mirzə Xəzər Novruz tətilində xəsislik etməyən məmurlara ilişdi

Mirzə Xəzər Novruz tətilində xəsislik etməyən məmurlara ilişdi


25-03-2014, 15:24
Mirzə Xəzər Novruz tətilində xəsislik etməyən məmurlara ilişdi
DİA.AZ: - 1990-cı il 20 yanvar faciəsi baş verərkən Bakıda radio, televiziya, qəzetlər susdurulan günlərdə Azərbaycanı informasiya blokadasından xilasında müstəsna rol oynayan və sovet qoşunlarının Bakıda törətdiyi qəddar əməllərini, Azərbaycanın və dünyadan əli üzülmüş azərbaycanlıların səsini dünyaya çatdıran məşhur radiojurnalist Mirzə Xəzər özünün “Facebook” səhifəsində Novruz tətilini bahalı otellərdə keçirən məmurlara ilginc münasibət açıqlayıb.

DİA.AZ olaraq tanınmış jurnalistin “Facebook” statusunu diqqətinizə təqdim edirik:

“Azərbaycan vətəndaşları, nigaran qalmayın! Sizin halal pullarınız etibarlı əllərdədir! Məmurlarınız pullarınızla Dubayda bahalı otellərdə dincəlib güc yığırlar ki, qayıdanda daha səy və yeni enerji ilə canınıza daraşsınlar! Məsələn, "haqqın.az" iddia edir ki, maliyyə naziriniz Samir Şərifov Dubayda "Atlantis" otelində bir gecəsi 7 000 dollar qiyməti olan çadırlarda dincəlir. Samir Şərofovun aylıq maaşı 1500 manatdır. Şərifovdan qabaq isə keçmiş metro ustası Tağı Əhmədov öz ailəsi ilə eyni oteldə məskən salıb. Yazıqlar neynəsinlər! Tağı Əhmədov deyir ki, "burda ucuz hotel yoxdu, kimsə mənim qaşıma, gözümə aşiq deyil ki, mənə hoteli ucuz versin...Yaxşı hoteldə qalmaq istəyirsənsə, yaxşı da pul ödəməlisən”. Belə ki, əziz Azərbaycan vətəndaşları, nigaran qalmayın-pullarınız etibarlı əllərdədir!:) Bir sualımız var: Özünüz gedib Dubayda, İspaniyada, Fransanın ən bahalı kurortlarında dincəlirsinizsə, bəs niyə əcnəbi turistləri Azərbaycana dəvət edirsiniz? Əcnəbini hərif tapmısız, yoldaş məmurlar?:)”

Geri qayıt