Əsas Səhifə > Güney Press / Ana xəbər > Gürcüstanda yaşayan azərbaycanlılardan gözəl bir addım
Gürcüstanda yaşayan azərbaycanlılardan gözəl bir addım22-03-2014, 14:25 |
|
DİA.AZ: - Gürcüstanda yaşayan soydaşlarımızla bağlı bir sevindirici xəbər almışıq. Bildirək ki, 1 milyona yaxın Azərbaycan türkünün Gürcüstanda yaşamasına rəğmən hələ də bu ölkədə soydaşlarımıza aid bir ciddi mətbuatın olmadığı faktdır. Doğrudur, sovet dönəmində Gürcüstanda yaşayan azərbaycanlıların radioları və Gürcüstan kanalında bir saatlıq verilişləri var idi. Amma Gürcüstan müstəqilləşəndən sonra orada yaşayan soydaşlarımız öz dədə-baba torpaqlarına bağlanmaqdansa, baş götürüb qaçmağı və bunun da nəticəsində tarixi torpaqlarımızla ruh bağlılıqlarını pozmağı məqsəd kimi seçdiklərindən bu gün qonşu ölkədə azərbaycanlıların sayı ciddi şəkildə azalıb. ![]() DİA.AZ-a bu barədə daxil olan məlumatda deyilir ki, bu da daha çox qədim torpaqlarımızda yaşayan soydaşlarımızın Gürcüstanın ictimai-siyasi həyatındakı passivliyinin nəticəsi kimi qəbul olunmalıdır: В«Gürcüstan demokratik ölkə olsa da, soydaşlarımız nədənsə bundan bu günə kimi yararlanmayıblarВ». Redaksiyamıza verilən xəbərdə bildirilir ki, gələn həftənin birinci günü bir qrupp soydaşımız Gürcüstanın milli teleradio təşkilatına В«BorçalıTVВ»nin yaradılması üçün müraciət edəcək: В«Hələlik internet-kanal kimi fəaliyyət göstərən bu telekanal əgər maddi dəstək olarsa, müstəqil tezlikdə yayına da çıxa bilər. Təbii ki, hələlik ilk addım atılır. Və bu işə Bakıdan da dəstək verilərsə, Azərbaycandakı Gürcüstan əsilli iş adamları yardım edərsə, daha ciddi nəticələri qısa müddət içində əldə etmək olarВ». Geri qayıt |