Əsas Səhifə > Güney Press / Ana xəbər > Hansı məmurun himayəsi altında Bakıda vəhabi qəsəbələri salınıb?
Hansı məmurun himayəsi altında Bakıda vəhabi qəsəbələri salınıb?22-03-2014, 13:54 |
![]() Bu günlərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən ölkədə olan vəhabi təriqətinin nümayəndələrinin sayının artması ilə bağlı açıqlama verilib. Bildirilib ki, Dövlət Komitəsi radikalizmə qarşı zəruri olan bütün tədbirləri həyata keçirmək istiqamətində olan fəaliyyətini davam etdirir: В«Aparılan maarifləndirmə və konkret tədbirlər nəticəsində ölkə ərazisində xüsusi ilə regionlarda radikal cərəyanlara qoşulanların sayında artım müşahidə olunmayıbВ». Həmçinin o da qeyd olunur ki, bu cərəyanların nümayəndələrinin toplaşdığı məscidlərdən şikayətlər daxil olub: В«Yerli əhalinin istəyi və dəstəyi ilə adı çəkilən cərəyanların toplaşdığı iki məsciddə icmaların tərkibi dəyişdirilirВ». Maraqlı məqam ondadır ki, komitə Azərbaycanda yayılan vəhabilərin sayının 70 min olması xəbərini təsdiq və inkar etmir. Komitədən bildiriblər ki, yayılan bu rəqəmlər həddindən artıq şişirdilib. В«Azərbaycanda bir-birini dini təriqətlərə bölərək, aşağılayırlar ki, bu da cinayətdir, yolverilməzdirВ». Bu sözləri isə bir müddət öncə Qafqaz Müsəlmanları İdarəsində (QMİ) dindarların iştirakı ilə keçirilən tədbirdə QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib. O qeyd edib ki, son vaxtlar belə hallar artıb: В«Mən şəxsən heç bir təriqətdən deyiləm, mən müsəlmanam. Çünki İslamda dini təriqətlərə bölərək bir-birini aşağılamaq yolverilməzdir. Bu cinayətdir. Suriyada indi şəhadət adıyla gedib döyüşürlər ki, bu da düzgün deyil. Özü də pula görə gedib döyüşürlər. Peyğəmbər (ə) buyurub ki, pulla gedib döyüşmək şəhadət sayılmır. Əminəm ki, dövlət bununla bağlı hansısa tədbir görəcək. Çünki bu, İslama qarşı yolverilməzdirВ». Şeyx Qazilər Şurasına da müraciət edərək bildirib ki, bu halların qarşısını almaq üçün fəaliyyətə keçsin: В«Bizim Qarabağ kimi dərdimiz var. Biz torpaqlarımızın və oradakı qurbanlarımızın qeyrətini çəkməliyik. Bizim əsl şəhadətimiz budurВ». Şeyx bəzi məmurlara da övladları ilə bağlı müraciət edib: В«İndi elə məmurlar var ki, dövlət işində oturub maaş alır, amma övladları başqa-başqa məzhəblərə qoşulub yoldan çıxırВ». Təbii ki, QMİ sədrinin dediklərində bir həqiqət var. Çünki bu gün bəzi məmurlar, eləcə də onların övladları, yaxın adamları, qohumları qeyri-ənənəvi təriqətlərə qurşanaraq əllərində olan təsir və maliyyə rıçaqlarından istifadə edərək digərlərini də yoldan çıxarmağa cəhd göstərirlər. Bu isə sonda təqirətlərarası toqquşmaların yaranmısana, münasibətlərin kəskinləşməsinə gətirib çıxarır. Odur ki, həm mətbuat, həm ziyalılar, həm də sadə vətəndaşlar mövcud durumdan, daha dəqiq desək, radikal dini sektaların üzvlərinin sayının artmasından ciddi narahatlıq keçirir. Heç kimə sirr deyil ki, vəhabilər nəinki Azərbaycan, ümumilikdə İslam dünyası üçün real təhlükə mənbəyi hesab olunur. Onların ölkəmizdəki genişmiqyaslı fəaliyyəti sadə vətəndaşları, İslamın ənənəvi təriqətlərinin nümayəndələrini təşvişə salır. Çünki vəhabilər özlərindən olmayanı özlərinin düşməni hesab edirlər. Bu isə o deməkdir ki, qeyri-vəhabilər onlar üçün əsas hədəflərdəndir... Əldə etdiyimiz bilgilərə görə, radikal dini sektaları dəstəkləyən, onları maliyyələşdirən bəzi məmurlar tərəfindən bu gün vəhabilərə xüsusi şərait yaradılıb. Məhz həmin qüvvələrin himayəsi sayəsində vəhabilər Azərbaycanda özlərini tam rahat hiss edirlər. Elə bu rahatlıq onlara Bakıda, əsasən də Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində, eləcə də Sumqayıtda böyük bir vəhabi qəsəbəsinin salınmasına, saylarını durmadan artırmalarına səbəb olub. Bütün bunlar onu deməyə əsas verir ki, hazırda bəzi qüvvələr ölkəmizdə vəhabiliyin çiçəklənməsinə xüsusi maraq göstərirlər. Bu isə özlüyündə, sözügedən təhlükənin nə qədər ciddi və əhatəli olmasından xəbər verir... \\ "Gündəlik Bakı" \\ Geri qayıt |