Əsas Səhifə > Güney Press / Ana xəbər > Abbas Abbasov üsyan püskürdü
Abbas Abbasov üsyan püskürdü22-03-2014, 10:14 |
|
“3-4 nəfər mənim düşmən obrazımı yaratmağa çalışır”. DİA.AZ xəbər verir ki, bunu baş nazirin sabiq müavini Abbas Abbasov Haqqin.az saytına müsahibəsidə deyib. “Mən heç vaxt öz xalqımın, dövlətimin, İlham Əliyevin düşməni olmayacam. Bunu heç kim görməyəcək. Amma yenə də qazırlar, qazırlar, qazırlar”, - Abbas Abbasov əlavə edib. “Məni başa düşün. Oğlum Milli Məclisin iki çağırışının deputatıdır, ailəm ordadır, uşaqlarım, nəvələrim ordadır. Köküm, valideynlərimin məzarı ordadır. Mənim üçün ağrılıdır. Uşaq deyiləm, 65 yaşım var. Məni Azərbaycan xalqı formalaşdırıb. Ona görə yox ki, məndən düşmən düzəltsinlər. Mənim potensialımdan, imkanlarımdan Azərbaycan xalqı üçün istifadə edin. Və məndən satqın düzəltməyə son qoyun”, - baş nazirin sabiq müavini deyib. Geri qayıt |