Əsas Səhifə > Güney Press / Manşet / Ana xəbər > Ənvər Özərənin adamlarından səs çıxdı - Nurçuların В«tədris patronuВ» Bakıda imiş
Ənvər Özərənin adamlarından səs çıxdı - Nurçuların В«tədris patronuВ» Bakıda imiş18-03-2014, 16:44 |
|
DİA.AZ: - Az əvvəl məlumat verərək bildirmişdik ki, В«Çağ Örytəim İşlətmələriВ» MMM-in rəhbəri, yəni həm də Azərbaycanda Fətullah Gülən camaatına aid olduğu söylənilən bütün tədris ocaqlarının sahibi (halbuki bir neçə gün əvvəl Dövlət Neft Şirkəti həmin tədris ocaqlarını öz mülkiyyəti elan etmişdi -red.) Ənvər Özərən Azərbaycanı tərk edib. Bildirək ki, bu məlumatımız böyük rezonans doğurub. Və az əvvəl redaksiyamıza özünü təqdim etməyən В«Çağ Öyrətim İşlətmələriВ»nin nümayəndəsi telefon açaraq çox əsəbi halda Ənvər Özərənin Bakıda olduğunu və onunla görüşməyin mümkün olduğunu bildirdi. Təbii ki, biz məlumatımızın sonunda da vurğulamışdıq ki, xəbəri dəqiqləşdirməyə çalışırıq, əlavə bilgiləri verəcəyik. Amma buna rəğmən Ənvər Özərənin özünü təqdim etməyən nümayəndəsi nədənsə əsəbi şəkildə bu məlumatı qarşılayıb. Hər halda, sakit şəkildə də ifadə oluna bilərdi ki, müəllim Azərbaycandan qaçmayıb, yerindədir… Geri qayıt |