Əsas Səhifə > Güney Press / Ana xəbər > “Zolotaya Korona” tamah üzündən Azərbaycanda mövqeyini itirir

“Zolotaya Korona” tamah üzündən Azərbaycanda mövqeyini itirir


18-03-2014, 12:29
“Zolotaya Korona” tamah üzündən Azərbaycanda mövqeyini itirir
AGBank Rusiyanın “Zolotaya Korona” sürətli pul köçürmələri sistemi ilə əməkdaşlığı dayandırır.

Bankın məlumatında deyilir ki, bu qərar bankın Zolotaya Korona sistemi vasitəsilə həyata keçirdiyi əməliyyatların aşağı gəlirliliyi və əməkdaşlıq səmərəliliyinin az olması ilə bağlıdır.

2014-cü il yanvar ayının 15-dən etibarən ölkənin 13 aparıcı bankı Zolotaya Korona pul köçürmələri sistemi ilə əməkdaşlığı dayandırıb: Azərbaycan Beynəlxalq Bankı, Xalq Bank, Kapital Bank, Bank Standard, Bank Technique, Bank Respublika, Unibank, Dəmir Bank, Muğan Bank, Bank of Baku, Ata Bank, Access Bank, Bank of Azerbaijan.

Rusiya sistemi bundan sonra Azərbaycanda yeni banklar cəlb etdi. İki həftəyə Günay Bank, Atra Bank, Azərbaycan Sənaye Bankı və EvroBankla əməkdaşlıq başlandı. Bank of Azerbaijan isə əməkdaşlığı genişləndirməyə başladı. Bunun səbəbini öyrənmək cəhdləri baş tutmadı.

Turan müəyyən edib ki, Сѓerli banklar “Zolotaya Korona” ilə əməkdaşlığı dayandırana qədər danışıqlar aparıblar və yəqin ki, nəticəsiz olub. Danışıqların predmeti bank komisyonlarının artırılması və stimullaşdırıcı aksiyaların olmaması ola bilərdi. Azərbaycanda ilk dəfə banklar kollektiv şəkildə hansısa sistemlə əməkdaşlığı dayandırdığı üçün başqa faktorlar da ola bilər. Bir şey aydındır ki, sistemin Azərbaycanda mövqeyi kəskin şəkildə sarsıldı.

“Zolotaya Korona” 2003-cü ildən fəaliyyət göstərir. Bu gün Azərbaycanda sistemin agentləri həmçinin AFB Bank, Bank Р’TB, Azərbaycan Kredit Bankı, Zaminbank, Gəncə Bank, NBCBank, Bank Nikoil, Parabank, Turanbank, Yunited Kredit Bankı, Deka Bank, Əmrahbank, Azər-Türk Bank, Qafqaz İnkişaf Bankı, Expressbank, Bank VTB (Azərbaycan) və Pakistan Milli Bankının bakı filialıdır.

Geri qayıt