Əsas Səhifə > Güney Press / Ana xəbər > Şamaxı İcra Hakimiyyətinin keçmiş işçisindən şikayət
Şamaxı İcra Hakimiyyətinin keçmiş işçisindən şikayət18-03-2014, 11:36 |
![]() Məhbus Şöhrət Ağadadaş oğlu həyat yoldaşının öldürülməsində Şamaxı rayon İcra Hakimiyyətinin keçmiş işçisi Elşən Cəfərovu günahkar bilir... “Təzadlar”a əslən Şamaxıdan olan və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilmiş, hazırda həbsxanada cəza çəkən Şöhrət Ağadadaş oğlundan məktub daxil olub. Qəsdən adam öldürməkdə təqsirli bilinərək məhkəmə hökmü ilə azadlıqdan məhrum edilmiş məhkumun məktubunda onu həyat yoldaşını öldürməyə təhrik etmiş şəxs kimi Şamaxı rayon İcra Hakimiyyətinin keçmiş işçisi (8 ay əvvəl işdən azad olunub) Elşən Cəfərovun adı hallandırılır... İnanılmaz ittihamlarla dolu məktubda dəqiqləşdirilməyə ehtiyaclı məlumatlar olduğundan hazırda araşdırmamız davam edir və qarşı tərəflə-Elşən Cəfərovla əlaqə saxlamağa çalışırıq. Dəfələrlə onun mobil telefonuna zəng etsək də zəngimiz cavabsız qalıb. Cəhdimizi davam etdirəcəyik və onun da məsələyə dair mövqeyini öyrənməyə çalışacağıq. İstintaq düzgün aparılmayıb? Məhkum Şöhrət Ağadadaş oğlunun məktubunda baş vermiş cinayət hadisəsinin təfərrüatları yer alıb. Baş Prokuror Zakir Qaralova ünvanlı məktubda qeyd olunur ki, o, həyat yoldaşını 2012-ci ildə ailə münaqişəsi zəminində həat yoldaşını qəsdən öldürmüşdür... Lakin istintaq obyektiv aparılmadığından və Şamaxının keçmiş prokuroru istintaq üçün zəruri maddi sübut sayılan bəzi xüsusatları cinayət işi materiallarına əlavə etməmişdir: “Prokurorluq istintaq zamanı Azercell-dən alınmış 200-ə kimi telefon zəngləri və mesajlarını araşdırmamış, ümumiyyətlə, istintaqdan gizlətmişdir. Halbuki həmin dövrdə Şamaxı rayon İcra Hakimiyyətində işləmiş Elşən Cəfərov adlı şəxsə məxsus mesajlarda baş vermiş ölümə sui qəsd cinayətinin motivi açıqca görünür... Və məhkəmədə də dəfələrlə bu məsələni qaldırsam da və verdiyimiz vəsatətlərdə qeyd edilsə də məhkəmə Elşən cəfərovu dindirməmiş, məhkəmə istintaqına cəlb etməmişdir. Ona görə də mənimlə birgə E.Cəfərov da dəmir barmaqlıqlar arasında dayanmalıdır!”. Məhkum Şöhrət Ağadadaş oğlu müraciətinin sonunda Baş Prokuror Zakir Qaralovdan xahiş edir ki, qeyd olunan cinayət işi üzrə çıxarılmış hökmdən protest verilməli, iş materialları yenidən ibtidai istintaqa qaytarılmalıdır. Məktubda olduqca ciddi ittihamlar səsləndiyindən olduğu kimi dərc etmək mümkünsüzdür. Odur ki, hələki qarşı tərəfin mövqeyini öyrənməyə çalışırq. Xatırladaq ki, Ş.Ağadadaş oğlu Şamaxının Quşçu kəndindəndir və müvəqqəti məskunlaşdığı “Quşçuluq komleksi” adlanan ərazi adı çəkilən E.Cəfərovun yaşadığı evi ilə qonşudur. Qonşular arasında belə münasibətin sərgilənməsi isə təəssüf hissi doğurur. Araşdırmamız davam edir. Dünən Şamaxı rayon Polis Şöbəsi ilə də əlaqə saxladıq. Bütün bunlar barədə növbəti yazılarda bəhs olunacaq. Geri qayıt |