Əsas Səhifə > Güney Press / Ana xəbər > Türkiyə mediası nurçuların hocasının daha bir yalanını üzə çıxardı
Türkiyə mediası nurçuların hocasının daha bir yalanını üzə çıxardı17-03-2014, 17:14 |
|
Uzun müddətdir səssizliyini qoruyan Fəthullah Gülən "Zaman" qəzetinə müsahibə verib. Müsahibənin ən maraqlı hissəsi isə Fətullah Gülənin pencəklə bağlı söylədiyi fikirdir. "Zaman"ın redaktoru Ekrem Dumanlı: ""Etiraf etməliyəm ki, reportajın ən çətin qisimi fotoşəkil çəkilişi idi. Pencəkli bir fotoşəkil çəkdirmək istədikdə Fəthullah Gülən 1999-cu ildə Türkiyədən gələrkən üzərindəki pencəyi yenidən geyindiyini söylədi və "həyatımda heç zaman iki pencəyim olmadı", - dedi." Amma sən demə, Fətullah Gülən sadəcə ağlamağı bacarırmış, onun pencək kolleksiyası o qədər də məhdud sayda deyil. Geri qayıt |