Əsas Səhifə > Güney Press / Ana xəbər > İcra başçısının kadrlarının diplomları saxta çıxdı

İcra başçısının kadrlarının diplomları saxta çıxdı


17-03-2014, 11:35
İcra başçısının kadrlarının diplomları saxta çıxdı
Bolgexeber.com-un redaksiyasına Laçın rayonun Fingə kənd sakini Rzayev Nizami Rza oğlu tərəfindən şikayət məktubu daxil olmuşdur. Həmin məktubu olduğu kimi təqdim edirik.:
“Hörmətli redaksiya!
1993-cü ildən 2012-ci ilin oktyabr ayına kimin Laçın Rayon Qozlu kənd icra nümayəndəliyində məsləhətçi (mühasib) vəzifəsində işləmişəm. 2012-ci ilin oktyabr ayında məni rayon icra hakimiyyətinə çağırıb bildirdilər ki, Prezident Aparatından məktub daxil olub ki, orta təhsilllilər dövlət qulluğunda işləyə bilməz. Mən bildirdim ki,iyirmi ildir ki işləyirəm , bu fərman bizə aid ola bilməz. Buna baxmadılar, nəhayət məni işdən çıxartdılar. Mənim yerimə məsləhətçi təyin olunmuş Nəsibov Zeynal Hidayət oğlu ali təhsilli kimi işə qəbul olundu.Mən bir neçə dəfə Laçın Rayon İcra Hakimiyyətinə və şəxsən İcra Hakimiyyətinin başçısı Akif Səlimova müraciət etdim ki, bu adam orta təhsiilidir, təqdim etdiyi ali təhsil haqqındakı diplom saxtadır.Mənə cavab olaraq bildirdilər ki, onun ali təhsil haqqında olan diplomunu yoxlatdıracağıq. Sonra mənə məlumat veridilər ki , diplomu yoxlanılıb və saxtadır. Tezliklə işdən azad edəcəyik, amma Nəsibov Zeynal Hidayət oğlu kiminsə bığının altından keçməklə bu gün də həmin vəzifədə işləyir.Dəfələrlə Respublikanın aidiyyatı orqanlarına müraciət etmişəm. Bu ilin fevral ayında məni Laçın Rayon Prokrorluğuna çağırdılar.Prokrorluqda mənə məlum oldu ki, Z.Nəsibovun diplomu saxta olduğuna görə müqavilə ilə işlədirlər.Rayonumuzda yaranmış çətin vəziyyətin acı nəticəsidir ki, bir il bundan əvvəl ali təhsilli kimi işə qəbul olunmuş Z.Nəsibov hüquq mühafizə orqanlarının gözü qarşısında adekvat şəklində dəyişilərək orta təhsilliyə çevrilir.Mən sizin saytınız vasitəsi ilə Laçın Rayon İcra Hakimiyyətindən soruşmaq istəyirəm: 20 il dövlət qulluğunda iş stajım ola-ola məni tutduğum vəzifəsindən uzaqlaşdırıb, Z.Nəsibovu əvvəlcə saxta ali təhsil diplomuyla işə qəbul edib və bir ildən sonra yenidən orta təhsilli kimi əmrləşdirmək korrupsiyanın və rüşvətxorluqun hakim olmasından xəbər vermirmi?
Əgər rayonda kadr siyasəti kiminsə şəxsi maraqlarına uyğun aparılmırsa onda 20 il stajı olanı çıxarıb yerinə yenidən orta təhsilli təyin etmək hansı qanuna uyğundur? Bu gün haqqı ədaləti tələb etdiyim üçün söyülüb təhqir olunmalıyamı? Bu barədə polis və prokurorluq orqanlarına müraciət etmişəm nədən tədbir görülmür?
Hörmətli Agentlik!
son ümüd yerimiz KİV-lərdi. Sizdən xahiş edirəm haqq səsimi ölkə prezidentinə çatdırın.Mən inanıram ki, Cənab Prezidentimiz Laçında baş verənlərdən xəbərdar olsa pozulmuş vətəndaş hüquqlarımızın bərpa olunmasına dair aidiyyatı orqanlara göstəriş verəcək”.
Laçın Rayonun Fingə kənd sakini Rzayev Nizami Rza oğlu.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Geri qayıt