Əsas Səhifə > Güney Press / Ana xəbər > Astarada icra başçısı postu uğrunda savaş başlayıb
Astarada icra başçısı postu uğrunda savaş başlayıb17-03-2014, 11:34 |
|
Bizimxeber.az-a Astara rayon Suvarma Sistemləri İdarəsinin rəisi Habil Manafovun qanunazidd əməlləri ilə bağlı olduqca ilginc məlumat daxil olub. Belə ki, Habil Manafov0 suyu yalnız iri təsərrüfat sahibi olan sahibkarlara verir. Qarşılığında müştərisi olan sahibkarlardan normal pul alır. Onun rayonda 100-ə yaxın belə sahibkarla işlədiyi təsdiqlənib. Nəticədə, orta sahibkarlar haqlı olaraq narazılıq edir. Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Habil Manafov yanacaq ondan olmaq şərtilə, bir neçə maşın və mexanizmi növbəli qaydada sahibkarlara icarəyə də verib. Bu kimi halların baş verdiyi idarədə kanalların lildən təmizlənməsi zamanı işin həcmi “şişirdilir”. Bu amilin özü isə Habil Manafova əmək haqqı fondundan və istifadə olunan yanacaqdan lazımınca pul qazanmağa şərait yaradır. İl ərzində təmir və istismar xərclərinə sərf olunan dövlət vəsaitinin isə azı 30%-i Habil Manafovun cibinə girir. Vəzifəsindən lazımi qədər sui istifadə edən Habil Manafov idarədə “ölü can”lar da saxlayır. İdarə rəisinin il ərzində 300-500 min civarında qazancı olduğundan o özünə biznes şəbəkələrinin yaradılmasını da yaddan çıxartmayıb. Bu istiqamətdə məlumatlı mənbənin bildirdiyinə görə rayonda 2 marketi, 1 dəyirmanı olan idarə rəisinin Bakıda bir neçə evi ilə yanaşı, iri obyektinin olduğu da qeyd olunur. Bütün bunları isə idarə rəisi təbii ki, Astara rayon Suvarma Sistemləri İdarəsinin talanması hesabına əldə edib. Onun yay mövsümündə ən böyük qazanc əldə etdiyi işlərdən biri də su nasoslarının alınması, təmiri və ehtiyat hissələrinə sərf etdiyi vəsaitlərdir. Heç kim bu kimi işlərinə görə Habil Manafovun xətrinə dəymir. Elə bu səbəbdən ərköyün idarə rəisi rayon İcra Hakimiyyətinin başçısı olmaq fikrinə düşüb. Bu barədə daha dəqiq məlumatlar gələn günlərədə sizlərə təqdim edəcəyik… Geri qayıt |