Əsas Səhifə > Güney Press / Ana xəbər > Əhəd Abıyev də oliqarxlardan geri qalmadı

Əhəd Abıyev də oliqarxlardan geri qalmadı


17-03-2014, 11:31
Əhəd Abıyev də oliqarxlardan geri qalmadı
Son zamanlar bir çox məmurların övladları və yaxınlarının sərvətləri, bahalı həyatları və əyləncələri ilə bağlı mütəmadi olaraq məlumatlar yayılır. JAM.AZ xəbər verir ki, belə dəbdəbəli həyat tərzi təkcə iri çinli məmurlar və onların yaxınlarına aid deyil. Bu həm də icra başçılarına da xas olan bir yaşam tərzinə çevrilib.

JAM.AZ-a çatan məlumatlara görə, həmin sırada adı hallanan və bahalı maşın həvəskarları sırasında nişa verilən icra başçılarından biri də Əhəd Abıyevdir. Məlumata görə, Daşkəsənin rəhbəri hələ deputat dövründən həm bahalı, həm də köhnə maşın həvəskarı kimi ad çıxarıbmış. Bununla bağlı verilən məlumatlarda qeyd olunur ki, bu həvəs onda icra başçısı olduqdan sonra da qalıb.

Son bilgilərə görə, Əhəd Abıyev bu yaxınlarda həmin həvəsindən və marağından irəli gələn növbəti bir addım atıb. Bu dəfə onun dəyəri 350 min manat olan avtomobil aldığı bildirilir. Məlumatlarda maşının konkret markası qeyd edilmir. Amma bildirilir ki, Daşkəsənin icra başçısının kolleksiyasına əlavə olunmuş həmin avtomobil sayca onuncudur.

Ehtimal olunur ki, həmin maşının markası Ferrari f480 Spider-dir. Dünyanın ən sürətli avtomobillərindən biri hesab edilən Ferrari f480 Spider-ə olan marağın Əhəd Abıyevdə haradan yaranması isə məlum deyil.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.


Əhəd Abıyev də oliqarxlardan geri qalmadı
Geri qayıt