Əsas Səhifə > Güney Press / Ana xəbər > Qorxmaz Hüseynovdan işçilərinə qarşı utancverici hərəkət

Qorxmaz Hüseynovdan işçilərinə qarşı utancverici hərəkət


15-03-2014, 16:52
Qorxmaz Hüseynovdan işçilərinə qarşı utancverici hərəkət
Qorxmaz Hüseynov işçilərin banklardan kredit götürməsi üçün iş yerindən arayış verilməsinə qadağa qoyub
Adı hər zaman qalmaqallarda hallandırılan “Azərsu” ASC ilə bağlı olduqca maraqlı informasiya əldə etmişik. Adının açıqlanmasını istəməyən “Azərsu” ASC-nin əməkdaşı Savash.org-a bildirib ki, qurumun sədri Qorxmaz Hüseynov işçilərlə bağlı qəribə qadağa tətbiq edib:
“Həmin qadağanın mahiyyəti ondan ibarətdir ki, banklardan kredit götürmək üçün tələb olunan iş yerindən arayışların verilməsi dayandırılıb. Bu isə birbaşa “Azərsu” ASC-nin rəhbəri Qorxmaz Hüseynovun şifahi göstərişindən sonra reallaşıb”.
“Arayış qadağası”nın tətbiq olunma səbəblərinə gəlincə isə mənbəmiz bunu bəzi “Azərsu” əməkdaşlarının götürdükləri kreditləri vaxtlı-vaxtında ödəyə bilməməsi və bununla bağlı həmin bankların “Azərsu” rəhbərliyinə çoxsaylı müraciətlərlə əlaqəli olduğunu bildirir: “Qorxmaz Hüseynov isə “çıxış yolu”nu arayışların verilməsinə qadağa qoymaqda görüb. Amma bu işçilər arasında ciddi narazılıq yaradıb”.
Qeyd edək ki, belə bir qadağanın tətbiqi mövcud qanunvericiliyə tamamilə ziddir.
Səslənən fikirlərlə bağlı “Azərsu” ASC-nin mətbuat xidməti ilə əlaqə yaratmağa cəhd göstərsək də bu mümkün olmadı. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Geri qayıt