Əsas Səhifə > Güney Press / Ana xəbər > Azərbaycanlı oliqarxın Krımdakı villası yandırıldı

Azərbaycanlı oliqarxın Krımdakı villası yandırıldı


15-03-2014, 14:04
Azərbaycanlı oliqarxın Krımdakı villası yandırıldı
Azərbaycan oliqarxlarından birinin Krımdakı villasının yandırıldığına dair məlumat yayılıb. JAM.AZ Ukrayna mətbuatına istinadən xəbər verir ki, hadisə iki gün bundan əvvəl baş verib. Yanğının isə rus əsgərlərinin bir-biri ilə zarafatlaşması nəticəsində baş verdiyi vurğulanır.

Məlumatda qeyd edilir ki, yayda dincəlmək üçün inşa edilmiş villa 3 mərtəbəli olub. Müasir stildə inşa edilmiş həmin tikilinin dəyərinin milyonlarla dollar olduğu qeyd edilir. Ukrayna mətbuatı yanğının qarşısının alınmadığını və tikiliyə böyük ziyan dəydiyini də yazıb. Amma yerli mətbuat həmin villanın konkret olaraq hansı azərbaycanlı oliqarxa məxsus olduğunu qeyd etməyib.

Həmçinin o da xatırladılıb ki, təkcə Krımda deyil, Ukraynanın digər əyalətlərində də azərbaycanlı oliqarxların xeyli sayda villası və tikililəri var.

Geri qayıt