Əsas Səhifə > Güney Press / Ana xəbər > Yasamalda narazı sakinlər yolu bağladılar
Yasamalda narazı sakinlər yolu bağladılar14-03-2014, 17:48 |
![]() Bu gün Yasamal rayonu Həsən Bəy Zərdabi küçəsi 89 ünvanında yaşayan sakinlər yolu bağlayıblar. Onların yolu bağlamalarına gecə evlərinin qarşısındakı ağacların kəsilməsi səbəb olub. Gecə saat 4 radələrində 10 ağac kökündən çıxarılıb. Səhər saatlarında isə sakinlər ağacları kəsilmiş vəziyyətdə görüblər. 50 ilin ağaclarının bir gecənin içərisində məhv edilməsini həzm edə bilməyən sakinlər yay aylarında həmin ağacların kölgəsində dincəldiklərini deyiblər. “Bu ağacları əkib boya-başa çatdırmaq heç də asan bir iş deyil. Amma bu gün gəlib ağaclarımızı kəsirlər. Özü də bir gecənin içində”, - deyə Nizami Kazımov bildirib. Əsəbləri tarıma çəkilən və ağacların kəsilməsinə göz yuma bilməyən sakinlər maşın yolunu bağlayaraq, avtomobillərin hərəkətinə mane olmağa çalışıblar. Yalnız əraziyə gələn polis əməkdaşlarının müdaxiləsindən sonra yol açılıb. Həmin ünvanda bir neçə ay bündan əvvəl də ağaclar kəsilmişdi. Baş verən hadisə ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən deyiblər ki, araşdırma aparılıb. Ağacı kəsən fiziki şəxs 14400 manat məbləğində cərimə olunub. Bu məsələ ilə bağlı isə artıq nazirlikdən Yasamal rayon Polis İdarəsinə müraciət edilib. Faktla bağlı araşdırma aparılır. Geri qayıt |