Əsas Səhifə > Güney Press / Ana xəbər > Rövnəq Abdullayevə 2-ci telekanalı açmağa icazə verildi

Rövnəq Abdullayevə 2-ci telekanalı açmağa icazə verildi


14-03-2014, 17:29
Rövnəq Abdullayevə 2-ci telekanalı açmağa icazə verildi
Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.

MTRŞ-dan verilən məlumata görə, İclasda “Milli Televiziya və Radio Şurasının 14 yanvar 2014-cü il tarixli qərarı ilə ümumrespublika televiziya yayım kanalının açılması üçün ( Bakı şəhəri və Abşeron yarımadasında 37-ci TV yayım kanalı, 11-ci sektor olmaqla) 22 yanvar 2014-cü il tarixdən 22 fevral 2014-cü il tarixədək elan edilmiş müsabiqədə iştirak etmiş Brand in Baku” MMC, “Fatiyev Company” MMC, “Region TV” MMC-nin sənədlərinə baxılmış, müsabiqənin nəticələri müzakirə ediliB.

MTRŞ “Televiziya və radio yayımı haqqında” qanunu, “Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 8.6, 9.6-cı bəndini, “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan fərmanını rəhbər tutaraq, digər iddiaçılarla müqayisədə daha üstün yaradıcılıq imkanlarına, daha münasib maddi-texniki bazaya və peşəkar kadr potensialına malik olan В«Region TVВ» MMC-ni ümumrespublika televiziya yayım kanalının açılması üçün ( Bakı şəhəri və Abşeron yarımadasında 37-ci TV yayım kanalı, 11-ci sektor olmaqla) 22 yanvar 2014-cü il tarixdən 22 fevral 2014-cü il tarixədək elan edilmiş müsabiqənin qalibi elan edib və ona 37-ci TV yayım kanalı, 11-ci sektor olmaqla ümumrespublika televiziya yayımı üçün 6 (altı) il müddətinə xüsusi razılıq (lisenziya) verilib.

DİA.AZ bildirir ki, MTRŞ-dən lisenziya alan В«Region TVВ» MMC Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin yaxınlarına məxsusdur. BU isə o deməkdir ki, əvvəlki "ATV international"ın yerində yayımlanan "CBC" telekanalından sonra ARDNŞ şefi 2-ci telekanala da sahiblənmə şansı əldə edib.

Geri qayıt