Əsas Səhifə > Güney Press / Ana xəbər > Zahid Oruc Tağı Əhmədovu müdafiə etdi
Zahid Oruc Tağı Əhmədovu müdafiə etdi14-03-2014, 14:10 |
![]() Deputat Zahid Oruc Milli Məclisin 14 mart iclasında hökumətin hesabatından danışarkən Bakı metrosunun keçmiş rəhbəri Tağı Əhmədovdan da söz açıb. “Media forum” saytının məlumatına görə, Zahid Oruc deyib: “Bu gün vəzifəsindən azad olunan məmurlarla bağlı mənfi rəylər yaradılır. Mən başa düşürəm ki, bəzi məmurlar həqiqətən də yarıtmaz fəaliyyəti ilə yadda qalıb. Bunun nəticəsində də cənab prezident öz komandasını yeniləyib. Amma bəziləri ilə bağlı bu, düzgün edilmir. Bu günlərdə Tağı Əhmədov metropoliten rəhbəri postundan azad olundu. Ondan sonra metro keçidlərindən ticarətin yığışdırılmasını, bəzi ticarət mərkəzlərində yanğınların baş verməsini onun üzərinə yıxmağa çalışdılar. Axı Kəbirə Məmmədovanın “Binə” ticarət mərkəzində etdikləri ilə bunu eyniləşdirmək lazım deyil. Tağı Əhmədovun işi vaqonlarla idi, ticarətlə yox”. Geri qayıt |