Əsas Səhifə > Güney Press / Ana xəbər > "Ümid var"dakı qalmaqal ATV rəhbərinin də başını ağrıdıb

"Ümid var"dakı qalmaqal ATV rəhbərinin də başını ağrıdıb


13-03-2014, 17:05
"Ümid var"dakı qalmaqal ATV rəhbərinin də başını ağrıdıb
ATV-də yayımlanan “Ümid var” verilişində Ağcabədidən olan bir nəfərin öz xanımının intim videosunu efirə göndərməsi və onun yayımlanması ictimaiyyət arasında böyük səs küyə səbəb olub.
Milli Televiziya və Radio Şurasının sədri (MTRŞ) Nuşirəvan Məhərrəmli bildirib ki, məsələ diqqətə saxlanılır və hüquqi müstəvidə baxılacaq. Şura sədri həmçinin bidlrib ki, əgər qanun pozuntusu varsa lazımi tədbirlər görüləcək.
Gunxeber.com-a daxil olan məlumata görə ölkədə ciddi rezonans doğuran bu hadisə artıq Prezident Administrasiyasında (PA) da ciddi narazılıqla qarşılanıb. Bunu ATV rəhbərliyinin xalqa qarşı sayğısızlığı kimi dəyərləndirən Adminstrasiya rəsmiləri telekanalın rəhbəri Vüqar Qaradağlı ilə bağlı ciddi tədbirlər görməyi planlaşdırırlar.
Mənbə bildirir ki, bununla bağlı Vüqar Qaradağlıya xəbərdarlıq edilib və Prezident Adminstrasiyasına çağırılıb izahat verməsi tələb olunub.
Etibarlı mənbə bu hadisənin ATV rəhbərliyinin karyerasına ciddi zərbə vurduğunu deyərək onun TV-dəki fəaliyyətinə son qoyulacağı ehtimalını da istisna etməyib. Həmçinin telekanlda köklü kadr dəyişikliyinin olacağı da gözlənilir.
Mövzunu diqqətdə saxlayacağıq.

Geri qayıt