Əsas Səhifə > Güney Press / Ana xəbər > Dövləti təhdid edən dini sabotaja qarşı mühim iradə
Dövləti təhdid edən dini sabotaja qarşı mühim iradə13-03-2014, 16:19 |
![]() Dövlət başçısı mühim bir dəyişikliyə imza atmağa hazırlaşır Dini cinayətlərlə mübarizə kimlərə tapşırılacaq? Dini zəmində cinayət halları üzrə istintaqın aparılması səlahiyyətləri prokurorluq orqanlarından alınır. Azərbaycanda prokurorluq orqanları tərəfindən aparılan ibtidai istintaqın sayı azaldılır. Milli Məclisdən apa-ya verilən məlumata görə, bununla bağlı Cinayət Prosessual Məcəlləsinə dəyişiklik təklif edilir. Məcəllənin 215.3-cü maddəsinə təklif olunan dəyişikliyə əsasən, 167-ci (qanunsuz olaraq dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, idxal etmə, satma və ya yayma) və 168-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) maddələr prokurorluq orqanları tərəfindən ibtidai istintaqı aparılan iş üzrə maddələr siyahısından çıxarılır. Beləliklə artıq bu hallar üzrə istintaq prokurorluq orqanları tərəfindən aparılmayacaq. Prokurorluğun səlahiyyətlərindən alınan qeyd olunan maddələr üzrə ibtidai istintaqın hansı orqan tərəfindən aparılması bu məcəllənin 215.5-ci maddəsi əsas götürülərək Azərbaycan Prezidentinin qərarından asılı olacaq. Qeyd edək ki, Cinayət Prosessual Məcəlləsinin 215.3. maddəsinin qüvvədə olan variantına görə, ibtidai istintaq aşağıdakı hallarda prokurorluq tərəfindən aparılır: Cinayət Məcəlləsinin 100-113, 120-125, 126.3, 135-138, 145, 146, 149, 154-164, 165.2, 165-2, 165-3, 166.2, 167-168, 169-1, 179, 189-1, 190, 191, 193-1, 195, 195-1, 202-203-1, 208, 210-212, 222, 223, 262, 268, 286-288, 290-302, 304, 307-315, 316-2.1, 317, 317-1.2, 318-1, 321, 323-cü maddələrində nəzərdə tutulmuş cinayətlərə dair işlər üzrə. Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub, martın 14-də müzakirəyə çıxarılacaq. Əslində bu kifayət qədər mühim və tarixi bir qərar kimi dəyərləndirilə bilər. Səlahiyyətlərin prokurorluqdan alınması daha çox siyasi qərar və dövlət başçısının iradəsi ilə atılmış bir qərar kimi dəyərləndirilə bilər. GUNDEMİNFO.AZ-a son zamanlar media müstəvisində dini sahədə yaşanan arzuolunmaz informasiya savaşının bəhrəsini verdiyi barədə məlumat daxil olub. Belə ki, son zamanlar dövlətin içində olan və hətta kənardan açıq dəstək alan dini sabotajçıların aktivləşməsi ən yüksək dairələrdə müzakirə edilib. Nurçuluq, vəhabilik və sair buk imi təriqətlərlə bağlı olaraq dövlətin ən yüksək siyasi çevrələrinə yönəlik olan sobataj xarakterli informasiyaların yayılması əslində mühim məqamlardan xəbər verir. Dövlət başçısı 2010-cu ildən bəri çox mühim bir prossesin başlanması ilə bağlı ortaya iradə qoyub. Bu barədə danışan mənbəmiz deyir ki, prezident Azərbaycanda korrupsiyaya qarşı mühim bir mübarizə prossesi başlayıb. Məhz prezidentin təşəbbüsü ilə Baş Prokurorluğa korrupsiyaya qarşı mübarizə kimi mühim bir vəzifə həvalə olunub. Və demək olar ki, bu sahədə kifayət qədər uğurlara da imza atılıb. Hətta korrupsiyaya qarşı mübarizə tədbirləri təkcə hüquq-mühafizə sistemində deyil, həmçinin də islahatlar yoluyla həyata keçirilir. Dövlət başçısının təşəbbüsü ilə ölkədə В«Asan xidmətВ» mərkəzləri yaradılıb və korrupsiyayla, həmçinin də bürokratik maneələrlə üzləşən vətəndaşların dövlətə güvəni kifayət qədər artıb. Belə olan təqdirdə Azərbaycanda prokurorluğun yeni dini sabotaj mövzusunda olan daha ağır bir prossesi başlatması kifayət qədər mühimdir. Bu baxımdan da bilgili qaynaqlarımız martın 14-də Milli Məclisdə müzakirəyə çıxaralacaq dəyişiklikləri heç bir halda prokurorluğa etimadın azalması kimi yox, əksinə prokurorluq orqanlarının daha ağır olan – korrupsiyayla mübarizə sahəsində səmərəli işini davam etdirməsi üçün əlavə yüklənmənin qarşısını almaq üçün həyata keçirilmiş bir tendensiya kimi qiymətləndirilməlidir. Son zamanlar Prezident Adminstrasiyasına qədər gedib çıxan В«dini sabotajВ» əslində ən müxtəlif sahələrə, təhsil, səhiyyə, media, hətta iri investorlara qədər siraət edib. Bu baxımdan da dövlətin gücünü qorumaq, onu sarsıtmaq istəyən təxribatçılara qarşı mübarizə aparmaq üçün belə bir qərarın verilməsini əslində tam zamanında verilmiş bir qərar kimi qiymətləndirmək də mümkündür. Azərbaycan dövlətinin gücünü, regionda onun mövcudluğunu təhdid edən çox mühim məsələ ölkə daxilində dini təxribat meyillərini artırmaq istəyənləri önləmək üçün sərt üz mütləq lazımdır. Və böyük ehtimalla da dini siyasi şantaj elementi kimi istifadə edib, dövlətə qarşı çevirənlərlə mübarizə elə korrupsiyayla mübarizə kimi sistemli bir xarakter alacaq. Geri qayıt |