Əsas Səhifə > Güney Press / Ana xəbər > “Zakir Həsənov generalları tam zərərsizləşdirib”
“Zakir Həsənov generalları tam zərərsizləşdirib”13-03-2014, 12:47 |
|
Xəbər verildiyi kimi Müdafiə Nazirliyində çalışmış 7 general Silahlı Qüvvələrin sıralarından ehtiyata göndərilib. Müdafiə naziri Zakir Həsənovun bu günlərdə imzaladığı əmrlə ehtiyata göndərilənlər- 2013-cü ilin oktyabr ayında vəzifəsindən azad olnmuş sabiq müdafiə naziri, general-polkovnik Səfər Əbiyev, Silahlı Qüvvələr Baş Qərargahının Təşkilat-Səfərbərlik Idarəsinin sabiq rəisi, general-leytenant Yaşar Aydəmirov, Müdafiə Nazirliyi Baş Inspeksiyasının rəisi, general-mayor Məmməd Beydullayev, Rabitə Idarəsinin rəisi, general-mayor Fazil Aşumov, Müdafiə Nazirliyinin Arxa Cəbhə Idarəsinin rəisi, general-mayor Piri Israfilov, Nazirliyin Hərbi Təhsil və Təlim Idarəsində çalışan general-mayor Elman Qənbərov (keçmiş xüsusi idarə rəisi) və tibb xidməti general-mayoru Dağlar Abdullayevdir (Müdafiə Nazirliyinin Hərbi Tibb Idarəsinin sabiq rəisi). Adları çəkilən generaalların bəziləri bir qədər əvvəl tutduqları vəzifələrdən azad olunmalarına və ya məzuniyyətə göndərilmələrinə baxmayaraq adları Silahlı Qüvvələrin ştatında olub. “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur Sümərənli baş verənləri “Azadlıq”a şərh edərkən bildirib ki, adıçəkilən generalların ehtiyata göndəriləcəyi gözlənilən idi: “Sadəcə bunun üçün müdafiə nazirinə vaxt lazım idi. Yəni, əvvəlcə adıçəkilən generalların Müdafiə Nazirliyindəki kadrları çıxarılmalı, onların gücü minimuma endirməli idi. Məhz bu proses baş verəndən sonra onları daha rahatlıqla ehtiyata göndərmək olardı. Görünür, Zakir Həsənov artıq həmin generalları tam zərərsizləşdirib”. Ekspert bildirib ki, Azərbaycan ordusunun pis vəziyyətə düşməsində ehtiyata göndərilən generallarla yanaşı hazırda Müdafiə Nazirliyində yüksək post tutan zabitlər məsuliyyət daşıyır: “Biz hesab edirik ki, orduda islahatlar aparmaq üçün köhnə rəhbərlik tam tərkibdə əvəzlənməli idi. Bundan başqa onları işdən çıxarmaq və ehtiyata göndərməklə iş bitmir. Bu adamlar barədə ciddi araşdırma aparılmalıdır. Lakin bu baş vermədi, heç baş verməsi də gözlənilmir. Çünki ordudakı korrupsiyanın, ümumiyyətlə ordunun pis vəziyyətə düşməsinin arxasında bu günki siyasi rəhbərlik dayanır. Araşdırma aparılarsa əlbəttə ki, bütün izlər siyasi rəhbərliyə gedəcək. Güman ki, ehtiyata göndərilən generalların korrupsiya nəticəsində əldə etdikləri sərvətin əhəmiyyətli hissəsi onlardan alınacaq və məsələ bununla da qapanacaq”. Geri qayıt |