Əsas Səhifə > Güney Press / Ana xəbər > Hövsanda millətin evini başına uçuranlar kimlərdir?

Hövsanda millətin evini başına uçuranlar kimlərdir?


13-03-2014, 11:00
Hövsanda millətin evini başına uçuranlar kimlərdir?
Son günlər Hövsan qəsəbəsində vətəndaşlara məxsus ayrı-ayrı evlərin heç bir məhkəmə qərarı olmadan söküntüsü adi hal alıb. Suraxanı rayon İcra Hakimiyyətinin Hövsan ərazi icra nümayəndəsi Ağasəlim Əliyev (bu şəxs qəsəbədəki həyət evlərinin alqı-satqısına В«çox gözəlВ» nəzarət edir-red), habelə icra hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin rəhbəri Pənah Səfərov və onun qardaşı Mobil Səfərov ötən həftə özlərinin В«şəxsi qanunlarınıВ» əsas gətirərək daha bir evi sökərək bir ailəni evsiz qoyublar.

Qəsəbə sakini Vaqif Babayev bildirdi ki, Suraxanı rayon İcra Hakimiyyətinin Hövsan ərazi icra nümayəndəsi Ağasəlim Əliyevin, habelə icra hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin rəhbəri Pənah Səfərovun və onun qardaşı Mobil Səfərovun əməlləri nəticəsində yeni tikilən birmərtəbəli tikili uçurdulub: В«Özüm Hövsanda anadan olmuşam, uşaqlıqdan burada yaşayıram. Anamla atam konserv zavodunda işləyəndə ordan valideynlərimə 12 sot torpaqla bağlı sənəd vermişdilər. Həmin torpaqların pulu onların maaşlarından tutuldu. Lakin Suraxanı rayonunda yerləşən həmin ərazidən sonradan neft çıxdı. Buna görə atam, anam, ümumiyyətlə, 90 ailə icra hakimiyyətinə gedərək şikayət etdilər, onlara başqa torpağın verilməsini istədilər. Bu, bir neçə il əvvəl baş verdi. Oradan onlara demişdilər ki, harada boş yer varsa, gedin orada ev tikin və yaşayın. Biz çoxuşaqlı ailəyik, qeydiyyatda 17 nəfər var. 8 qardaş 2 bacıyıq. Elə buna görə də, qardaşım, anam üün ev tikdik. Anam xəstə olduğu üçün evlənmək istəyən başqa qardaşıma ev tikmək qərarına gəldik. İstəyirdim ki, anamla atamı gətirim, yanımda qalsınlar. Onun pensiya kartına köçürülən pulları yığdıq, bir az da özümüz maddi baxımdan kömək etdik. Birmərtəbəli evi tək kərpiclə tikdik. 6-7 günə balaca bir daxma qaraltdıq. Lakin Suraxanı rayon İcra Hakimiyyətinin Hövsan ərazi icra nümayəndəsi Ağasəlim Əliyev, habelə icra hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin rəhbəri Pənah Səfərov və onun qardaşı Mobil Səfərov polislərin müşayiəti ilə traktorun köməyilə, heç bir məhkəmə qərarı, xəbərdarlıq olmadan gəlib birmərtəbəli bu evi dağıtdılar.

Beləcə mənim və qardaşımın evini sökdülər. Onlar nə xəbərdarlıq etdilər, nə məhkəmə qərarını əsas gətirdilər. Adətən belə olurdu. Qonşumuzda bir nəfər ev tikmişdi. Məhkəmənin qərarını əsas gətirib, onun evini sökdülər. Bizim yaşadığımız ərazidə heç bir evin В«kupçaВ»sı yoxdur. Burada əsas məsələ pul tələsidir. Əgər pulun olmasa, onlara heç nə verməsən, soruşurlar ki, sənədin var? Dərhal qanunu yada salırlar. Amma pul verəndə adi bir kağız, vərəq də vermirlər ki, sabah ona əsaslanasan. Yəni əsas məsələ pul məsələsidir. Suraxanı rayon İcra Hakimiyyətinin Hövsan ərazi icra nümayəndəsi Ağasəlim Əliyev, habelə icra hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin rəhbəri Pənah Səfərov və onun qardaşı Mobil Səfərov bu məsələdə əsas ron oynadılar. Traktorla gəlib evi sökdülər. Evin damı örtülmüşdü, pəncərələri vurulmuşdu, hər şey hazır idi. Təkcə ailə üzvlərinin köçüb orada yaşamaları qalmışdı. Biz evi tək kərpicə tikdirdiyimizdən bu dağıntılar səbəbindən ailəmizin büdcəsinə 2500 manat zərər dəydi. Evi ikiqat kərpiclə yox, ucuzvari inşa etdirmişdik. Bu, əməlli-başlı özbaşınalıqdır. Deyirlər ki, get, kimə istəyirsən şikayət et. Bunların gözünü pul tutub. Anama deyiblər ki, biz həmin yarımçıq tikilini sökməliyik. Sözlərindən belə çıxır ki, pulunu ver, işini gördür. Bizim balaca ev tikdiyimiz yer yaşayış ərazisidir. Əvvəllər bataqlıq idi, öz hesabımıza oranı torpaqla doldurduq. Və yaşayış üçün yararlı vəziyyətə gətirdik. Suraxanı rayon İcra Hakimiyyətinin Hövsan ərazi icra nümayəndəsi Ağasəlim Əliyev, habelə icra hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin rəhbəri Pənah Səfərov və onun qardaşı Mobil Səfərov hər gün ərazidə gəzirlər. Biz birmərtəbəli evi tikib başa çatdırana qədər heç kim heç nə demədi. Elə ki, binanın damı vuruldu, düşündülər ki, artıq hər şey hazırdır, nə istəsək onu da verəcəklər. Gördülər ki, bizdən səs-soraq çıxmır, ondan sonra başladılar. Axı bizdə pul nə gəzir?! Anamın pensiyasının kartına köçürülən pulları yığıb birtəhər birmərtəbəli daxma qaraltmışdıqВ».

Qeyd edək ki, Suraxanı rayon İcra Hakimiyyətinin Hövsan ərazi icra nümayəndəsi Ağasəlim Əliyev qəsəbədə satılan həyət evlərinin alqı-satqısında, sənədləşmə işlərində çox yaxından iştirak edir. Burada bir çox məsələlər onun əlinin altından keçir. Elə bu səbəbdəndir ki, o, Hövsanda bir neçə obyektə yiyələnə bilib. \\ В«Gündəlik BakıВ» \\

Geri qayıt