Əsas Səhifə > Güney Press / Ana xəbər > Prezidentin tapşırığına məhəl qoymayan ərköyün kimdir?
Prezidentin tapşırığına məhəl qoymayan ərköyün kimdir?13-03-2014, 08:50 |
|
Prezidentin Bakı Şəhər İcra Hakimiyyəində keçirdiyi sonuncu müşavirələrin birində maraqlı olay yaşanmışdı. İlham Əliyev bildirmişdi ki, ictimai əhəmiyyətli məqsədlər üçün söküntüsü həyata keçirilmiş evlərin yerində kimlərinsə özbaşına olaraq çoxmərtəbəli bina inşa etdiyini öz gözləriylə görərək məsələnin dərhal araşdırılmasına göstəriş verib və o zaman bəlli olub ki, həmin binanı qanunsuz tikirlər. Bundan qəzəblənən dövlət başçısı isə müvafiq qurumlara tapşırıq verib ki, həmin ərköyün sahibkarın "pay"ını versinlər... Elə həmin müşavirədəcə İlham Əliyev qəti şəkildə tapşırmışdı ki, şəhərin mərkəzində, yaxud nisbətən ətraf ərazilərdə də çoxmərtəbəli binaların tikintisinə məhdudiyyətlər qoyulsun. Amma Moderator.az prezidentin göstərişinə məhəl qoymayan, belə demək mümkünsə onu sabotaj edən hansısa mənzil-tikinti kooperativinin fəaliyyəti barədə informasiya əldə edərək onu yoxlayıb. Nəticədə bəlli olub ki, Bakının Nəsimi rayonu ərazisində, meronun "20 yanvar" stansiyasının və 159 saylı orta məktəbin yaxınlığındakı istirahət parkının bir hissəsi hasarlanaraq orada hündürmərtəbəli binanın tikinisinə başlanılıb. Sakinlər bildiriblər ki, əvvəl həmin ərazi dəmir lövhələrlə əhatəyə alınanda onlara deyiblər ki, parkda yenidənqurma işləri aparılacaq, ancaq sonradan bəlli olub ki, onları aldadıblar. Üstəlik, bundan sonra müvafiq qurumlara çoxsaylı şikayətlər etsələr də heç bir nəicəsi olmayıb. Biz həmin tikintinin fotosunu təqdim edirik və ölkə başçısının çağırışına məhəl qoymayan sahikarların kimliyini bilmək istəyirik. Ümid edirik ki, Bakı Şəhər İcra Hakimiyyətində prezidentin bir müddət öncə dilə gətirdiyi tapşırıqları unutmayıblar və necə deyərələr, parkın ortasında bina tikənlərin də "pay"ın verəcəklər... Mövzunu diqqətdə saxlayacağıq. Geri qayıt |