Əsas Səhifə > Güney Press / Manşet > Şabranın icra başçısına qarşı sərt ittihamlar - Başçı ilə bağlı qərar verilib
Şabranın icra başçısına qarşı sərt ittihamlar - Başçı ilə bağlı qərar verilib12-03-2014, 18:16 |
![]() DİA.AZ: - Şabran rayon icra hakimiyyətinin başçısı Novruz Novruzov yol üstündədir. Artıq onunla bağlı qərarın verildiyini bildirən hökumət içindəki mötəbər mənbə idia edir ki, Novruz Novruzov digər əksər icra başçılarından fərqli olaraq "işində yol verdiyi nöqsanlar" səbəbindən görəbindən alınacaq. Bu da hamısı deyil. Şabran icra hakimiyyətində durumun acınacaqlı olduğunu diaaz.space-a bildirən mötəbər mənbənin iddialarına görə, təxminən 650 min manatlıq büdcə vəsaitinin mənimsənilməsində şübhəli bilinən Novruz Novruzov barəsində hüquqi ölçü də götürülə bilər. Mənbənin redaksiyamıza söylədikləri: "Artıq araşdırmalar başa çatıb. Bildirim ki, maliyyə nazirliyi və hesablama palatasının ekspertləri 5 aya yaxındır ki, Şabran RİH-in sənədlərini məxfi qaydada - həm də "yuxarıların" sifarişi ilə araşdırır. Ciddi nəticələr əldə edilib. Və bu faktlar başçının böyük məbləğlı bağlı şübhəli hesabatlarından xəbər verir". Məlumatı verən qaynaq onu da bildirdi ki, yaxın günlərdə gözlənilən ələmə prosesində Novruz Novruzov da "vurulacaq". Mövzu diqqətimizdədir. Bütün maraqlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq... Geri qayıt |