Əsas Səhifə > Güney Press / Ana xəbər > Azərbaycan polisi adına yaraşmayan bu hekayət hamınızı heyrətləndirəcək
Azərbaycan polisi adına yaraşmayan bu hekayət hamınızı heyrətləndirəcək12-03-2014, 16:26 |
|
Redaksiyamıza şikayət ərizəsi ilə müraciət edən bölmə rəisi Siyəzən Rayon Polis Şöbəsinin (RPŞ) cinayət-axtarış bölməsinin rəisi Elşən Füzuli oğlu Quliyevin nikahlı həyat yoldaşı, Göyçay rayon sakini Zülfiyyə Quluyeva iki azyaşlı övladı ilə əlacsız vəziyyətdə qaldığını bildirdi. Onun sözlərinə görə, Elşən Quliyev əvvəllər Göyçay rayonunda Narkotiklərlə Mübarizə Şöbəsində işləyib. Elə onların tanışlığı da həmin vaxtdan başlayıb. Polis işçisi gənc qızı min bir bəhanə ilə yoldan çıxararaq onunla ailə həyatı qurmağı istədiyini deyib. Zülfiyyə Quluyeva isə onun vədlərinə inanaraq buna razılıq verib: В«2009-cu ildə Göyçayda Mühafizədə işləyirdim. Həyat yoldaşım Elşən isə В«narkobiznesВ»də çalışırdı. Bir müddət keçəndən sonra onunla aramızda münasibət yarandı. 2010-cu ildə o, məni Bakıya qaçırdı. Həyatımın sonrakı mərhələsinin belə əzab-əziyyətli olacağını bilsəydim, onunla heç vaxt ailə qurmazdım. Bakıya qaçırandan sonra özü rayona qayıdıb ailə üzvlərimlə birgə məni axtarmağa başlayıb. Guya ki, məni başqa adam qaçırıb. Paytaxtda kirayədə yaşayırdıq. Telefonumu da əlimdən almışdı. Bir həftə sonra dedi ki, anangilə zəng vur və Tural adlı oğlanla qaçdığını söylə. Onun dediyi kimi də etdim. Evə zəng vurub Tural adlı oğlanla Bakıya qaçdığımı dedim. Anamla dayım şəhərə gəldi. Elşən əvvəlcədən planlaşdırdığı sssenari ilə öz istəklərini həyata keçirdi. Bir nəfəri tutmuşdu ki, guya məni qaçıran oğlan odur. Həmin oğlan özünə saxta valideyn və qohum-əqrəba da tutmuşdu. Qardaşım hərbi xidmətə getməyə hazırlaşırdı. Anam dedi ki, gəlin el adəti ilə toy edək. 2010-cu ilin aprel ayında toy oldu. Özünü Tural kimi təqdim edən yox, tamam başqa adam bəy masasında əyləşmişdi. Elşən həmin oğlanı 2600 manat müqabilində tutmuşdu. В«BəyВ»in В«qohumlarıВ» da gəlmişdi. Elşən toyda elə iştirak edirdi ki, guya heç nədən xəbəri yoxdurВ». Valideynlərindən xəbərsiz ailə quran polis əməkdaşı Şikayətçi xanımın sözlərinə görə, bir neçə gün rayonda qalandan sonra Elşən onu Bakıya gətirib: В«Yenə də əvvəlki kimi kirayə ev tutub yaşadıq. Toydan bir həftə sonra Elşən əməliyyat olundu. Bunun üstündən bir neçə gün keçəndən sonra biz Göyçaya, yəni anamgilə getdik. Orda həyat yoldaşımın ürəyi getdi. Sonra anama В«qızını mən qaçırmışam, onun əri mənəmВ» dedi. Anamdan üzr istədi. Artıq mən hamilə idim. Anam ondan soruşdu ki, sənin valideynlərin hanı heç bir cavab vermədi. Qayıtdı ki, atamdan, anamdan incimişəm, əvvəl bir dəfə nişanlı olmuşam, amma sonradan baş tutmayıb. Onun ailə üzvlərinin bizim toyumuzdan xəbəri yox idi. Söhbəti böyütmədik. Elşən bir il rayonda bizdə qaldı. 2010-cu ilin oktyabr ayında bir qız övladım dünyaya gəldi. Elşən məni döydüyü üçün erkən doğum baş verdi. Uşaq olandan sonra nikah sənədlərimizi qaydasına saldıq. Dekabr ayında həm nikah kağızımızı, həm də uşağın doğum haqqında şəhadətnaməsini aldıq. Bir neçə aydan sonra Elşən В«NeftçilərВ» metrostansiyasının yaxınlığında kirayə ev tutub bizi ora apardı. Bəzən hər gün Göyçaya gedib qayıdırdı. Günlərin bir günü işindəki nöqsanla bağlı ona cəza verdilər. Atası Füzuli Quliyev xahiş-minnət üçün rəisin yanına getmişdi. Rəis ona Elşənin ailəli olduğunu və bir uşağının dünyaya gəldiyini deyib. Bunu eşidən Füzuli Quliyev şoka düşüb. Məsələnin üstü açılandan sonra həyat yoldaşımın xalası oğlu Samir bizə gəldi. Elşən Samirdən uşağın ona oxşayıb-oxşamadığını soruşdu. Samir isə В«hə oxşayırВ» cavabını verdiВ». В«Dedi ki, ərizəni mən deyən formada yazmalısan, yoxsa səni öldürərəmВ» Zülfiyyə Quluyeva deyir ki, qayınatası onları ayırmaq istəyirdi: В«Bunun qarşısını almaq üçün ona zəng vurub görüş təyin etdim ki, gəlsin danışaq üzr istəyim arada barışıq yaransın. Atası ilə görüşəndə Elşənin anası və digər qohumları da gəlmişdi. Məni çox ağır formada, küçə söyüşləri ilə təhqir etdilər. Elşəni də götürüb getdilər. Dörd gün həyat yoldaşımın telefonuna zəng çatmadı. Anama zəng vurub baş verənləri danışdım. O, təcili olaraq Bakıya gəldi. Az keçmədən həyat yoldaşım üzə çıxdı. O, xalamdan 2300 manat pul almışdı ki, guya onun oğlunu hərbi xidmətdən yayındıracaq. Aprel ayında xalam oğluna çağırış gəldi. Çox axtarışdan sonra Elşəni tapıb pulu ondan geri ala bildik. Xalamdan izahat aldı ki, guya həmin pulu mebel almaq üçün götürüb. İşdən çıxarılacağından qorxurdu. Birinci davamız may ayının 4-da baş verdi. Uşağı necə yerə atdısa başı partladı. Böyük səs-küy qopdu. Bıçağı əlimə aldım ki, özümü öldürəcəm. Elşən bıçağı məndən almaq istəyəndə bıçaq onun qoluna girdi. Anası da qışqır-bağır saldı ki, ay aman qoymayın gəlin oğlumu bıçaqladı. Qonşulardan kimsə В«102В»yə zəng vurmuşdu. Onlar mənim bıçaqlandığımı zənn edirdilər. Bir neçə dəqiqədən sonra evə polis əməkdaşları gəldi. Artıq həmin vaxt Elşəni aparmışdılar. Onun qoluna tikişi başqa bir evdə vurdular. Xəstəxanaya aparsaydılar, yüz faiz işinə görə problem yaranacaqdı. Bayaqdan ünvanıma təhqir yağdıran insanlar mənə zəng vurdular ki, polislər səndən nə soruşsalar de ki, qaynanamla qaynatam gəldilər dava saldılar, Elşən də hirslənib əlini şüşəyə çırpdı. Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin əməkdaşları ərizəni başqa cür yazmağımı tələb etdilər. Onlar həyat yoldaşımın tərəfini saxladılar. Mən isə ərizəni öz bildiyim kimi yazdım. Hadisənin baş verdiyi günün səhəri məni 24-cü Polis Bölməsinə çağırdılar. Bölmənin həyətində Elşən ərizəmi geri götürməyim üçün məni möhkəm vurdu. Dedi ki, ərizəni mən deyən formada yazmalısan, yoxsa səni öldürərəm. Orda atasının və anasının bizim ailə həyatımıza qarışmayacağı barədə söz verdi. Sözünə inanıb ərizəmi geri götürdümВ». В«Ailəmizin dağılmasından ən böyük səbəbkar Elşənin atası Füzuli QuliyevdirВ» Barışıq əldə olunandan sonra ailə bir ay sakit həyatı sürüb. Bir aydan sonra ailədaxili söz-söhbətlər yenidən alovlanıb: В«İşimiz bu dəfə bölməyə düşdü. Atası Elşənin Göyçayda işləməsinə imkan vermədi. Onu Xaçmaz rayon Dəmir Yol Stansiyasına В«perevodВ» elətdirdi. Təxminən, iki il orada işlədi. 2011-ci ilin oktyabr ayında qızımın ad günü ərəfəsində ondan Daxili İşlər Nazirliyinə şikayət etdim. Çünki evə gəlmirdi, bizə baxmırdı. Günlərlə ac-susuz qalırdıq. Şikayət edəndən sonra Elşən məndən boşanmaq üçün ərizə verdi. Həmin vaxt ikinci uşağa hamilə idim. Göyçay Rayon Məhkəməsinə gedib vəziyyətimi onlara bildirdim. Mənim tələbimlə məhkəmə işi dayandırdı. Bakıya qayıtdım. Şəhərdə kirayə ev tutdum. Elşən gəlib məni tapdı və bizdə yaşamağa başladı. Ayaqlarıma düşüb yalvardı ki, bir də belə etməyəcək. Onunla barışdım. Kirayə pulu çox olduğu üçün evə tələbə qızlar götürmüşdüm. Keçən ilin yay ayında həyat yoldaşım Siyəzən Rayon Polis Şöbəsinə təyinat aldı. Səhv etmirəmsə, şöbədə cinayət-axtarış bölməsinin rəisi işləyir. Amma mənə Lənkəranda işlədiyini demişdi. Nə başınızı ağrıdım, yenə də əvvəlki vəziyyət yarandı. Həftələrlə evə gəlmirdi. Cənub bölgəsinin bütün rayonlarını qarış-qarış axtardım. Ancaq onu tapa bilmədim. Daxili İşlər Nazirliyindən öyrəndim ki, həyat yoldaşım sən demə, Xaçmaz Dəmir Yolu Stansiyasından Siyəzən Polis Şöbəsinə В«perevodВ» alıb. Uşağımı da götürüb Siyəzənə yollandım. Polis Şöbəsinin qarşısında Elşənlə görüşdüm. Uşaq da yanımda idi. Uşağın yanında məni çox pis dərəcədə döydü. Bir az da döysəydi, bəlkə ölərdim. Döyə-döyə məni öldürəcəyi ilə hədələyirdi. Məni Siyəzənə aparan taksi sürücüsü ilə şöbənin digər əməkdaşları arasında söhbət olub. Taksi sürücüsü onlara deyib ki, Elşənin həyat yoldaşını gətirmişəm, aralarında nəysə mübahisə düşüb. Əlacsız şəkildə evə qayıtdım. Bir müddətdən sonra o, yenidən bizim yanımıza gəldi. Bu dəfə isə ikinci uşağın ondan olmadığını iddia etdi. Göyçay Rayon Məhkəməsində martın 3-də məhkəmə oldu. Məhkəmədən əvvəl Elşən mesaj yazdı ki, məhkəməyə getmə, ərizəmi geri götürürəm. Səndən boşanmayacam, amma birləşməyəcəm də. Artıq onun yalanlarından cana doymuşdum. Axı belə yaşamaq olar. Məhkəmə ilə maraqlananda onun ərizəni geri götürmədiyi bəlli oldu. Xalası zəng vurdu ki, gedin boşanın, ancaq sonradan bir yerdə yaşayın. Qayınatamla qayınanam bizim ailəli olmağımızı istəmirdi. Ailəmizin dağılmasında ən böyük səbəbkar Elşənin atası Füzuli QuliyevdirВ». Əli hər yerdən üzülən xanım prezidentdən kömək gözləyir В«Elşən hər gün məni təhqir edir. İki azyaşlı uşağımla aralıqda qalmışam. Bir gün mənim və övladlarımın ahı onu tutacaq. Mənə şər-böhtan atır. Qəzet vasitəsilə cənab prezidentdən, daxili işlər naziri Ramil Usubovdan, baş prokuror Zakir Qaralovdan, ədliyyə naziri Fikrət Məmmədovdan və digər əlaqədar dövlət orqanlarının rəhbərlərindən kömək istəyirəm. Gənc yaşımda həyatımı məhv edən şəxsin cəzalanmasını tələb edirəmВ». Qeyd edək ki, gənc xanımın başına gələnlər əsl ürək ağrısıdır. Bu kimi əməllərə imza atan şəxsin daxili işlər orqanlarında vəzifədə saxlanması doğru deyil. Biz də öz növbəmizdə daxili işlər naziri cənab Ramil Usubovdan və Siyəzən RPŞ-nin rəisi Nizami Əlirzayevdən xahiş edirik ki, vəzifəsi ilə uzlaşmayan işlərə imza atan Elşən Quliyev haqqında ölçü götürsünlər. Bu adam cəzalanmasa, həyat yoldaşına hər cür zərbəni vura bilər. İnanırıq ki, aidiyyəti instansiyalar məsələyə münasibət bildirəcək və iki azyaşlı uşaqla həyat yoldaşından üz çevirən polis əməkdaşı barədə tədbir görəcəklər. Sonda bir məsələni də bildirək ki, problem müsbət həllini tapana qədər В«Gündəlik BakıВ» qəzeti gənc xanımın hüquqlarını müdafiə edəcək. Qarşı tərəfin də münasibətini dərc etməyə hazırıq. В«Gündəlik BakıВ» Geri qayıt |