Əsas Səhifə > Güney Press / Manşet / Ana xəbər > Azərbaycanda və Türkiyədə nurçuların fəaliyyəti arasındakı paralellər
Azərbaycanda və Türkiyədə nurçuların fəaliyyəti arasındakı paralellər12-03-2014, 13:56 |
|
DİA.AZ: - Oxucularımızdan biri redaksiyamıza maraqlı bir foto yollayıb. Əslində bu fotofaktla Fətullah Gülən tərəfdarlarının heç də səmimi olmadıqları, işlərinə yarayanda bu gün şeytan belə dedikləri ilə müttəfiq ola biləcəkləri sübutlanır. Oxucumuz DİA.AZ-a yazır: В«Bu gün Azərbaycanda da yetərincə fətullahçılar var. Onların himayədarları da bəllidir. İllərdir pul gücünə Azərbaycanda təşkilatlananların arxasında Prezident Administrasiyasının, konkret olaraq PA-nın şöbə müdiri Əli Həsənovun durduğunu hər kəs yaxşı bilir. Amma bu gün onlar Əli Həsənova qarşı gedirlər. Çünki Əli Həsənov onları tərk etmək zorunda qalıb. Əli Həsənovun özünün də durumu ürəkaçan deyil. Ona görə də nurçulardan imtina etməli oldu. Türkiyədə baş verənlər Azərbaycanda da təsirsiz ötüşmür. Dünənə qədər nurçular Türkiyədə də hökumətlə yaxşı münasibətdə idi, bizdə də. Sizə göndərdimi şəkildə В«ZamanВ» qəzetinin keçən ilin 16 noyabr tarixinə aid bir xəbər başlığı və bu ilin 11 mart tarixinə aid bir xəbər başlığı əks olunub. Mövzu eynidir. Amma təqdimat başqa. Keçən il Ərdoğanla Gülənin münasibətləri gözəl idi. Ərdoğan Güləni Türkiyəyə çağırırdı. İndi isə araları yoxdur. Ona görə də В«ZamanВ» qəzeti idə bir barmaq işarəsi ilə Ərdoğana qarşı çevrilib. Dünən qınadığı olayları bu gün təqdir edir. Bunun adı riyakarlıq deyilmi?В» Oxucumuz yazır ki, eyni proseslər Azərbaycanda da yaşanılır: В«Azərbaycanda da nurçularla hökumətin, daha dəqiqi Əli Həsənovun arası dəyib. Şeyxin bir fətvası Əli Həsənovu qorxuya saldı, nurçuların arxasından geri çəkilməyə vadar etdi. Vəziyyətin pis olduğunu görən Əli Həsənov hətta iz azdırmağa da çalışdı. Dünənə qədər dostluq etdiyi nurçu deputatların siyahısını mətbuata ötürdü. Əsl dostlarını isə gizlətdi. Dünənə qədər düşmən kimi baxdığı adamları da В«nurçuВ» adlandırıb, hədəfə çevirməyə çalışdı. Hətta prezidentin ən yaxın çevrəsinə qədər əl uzatdı. Çünki vəziyyəti ağırdır. Onun nurçularla gizli alış-verişlərinin üstü açılıb. Bu gün ondan haqq-hesab sorulur. Çünki nurçular da dinc dayanmırlar və В«qarşı tərəfВ» kimi əllərindəki faktları açıqlayırlarВ». Oxucumuz sonda fikirlərini bu şəkildə bitirir: В«Nurçuların təhlükə olduğunu, vəhabilər qədərində bu dövlət üçün təhlükə hesab olunduğunu Əli Həsənov bu günmü bilir? Nədən Əli Həsənov çıxışlarında bu təriqətin adını açıq şəkildə çəkmir? Buna da diqqət etmək lazımdır. Çünki o, vəziyyətin düzələcəyinə ümid edir. Elə ona qarşı hücuma təşnə kəsilən nurçuları da bu yolla sakitləşdirir. Deyir ki, vəziyyət düzələn kimi, əlaqələr yenə də əvvəlki səviyyədə olacaq»… Geri qayıt |