Əsas Səhifə > Güney Press / Ana xəbər > “İrəvan çalışır ki, Ermənistanla birlikdə Dağlıq Qarabağ da Gömrük İttifaqının tərkibinə daxil edilsin"
“İrəvan çalışır ki, Ermənistanla birlikdə Dağlıq Qarabağ da Gömrük İttifaqının tərkibinə daxil edilsin"12-03-2014, 12:51 |
![]() Rusiya mətbuatında aprelin ortalarınadək İrəvanın “yol xəritəsi” adlanan sənədə qoşulacağı və bundan sonra rəsmi İrəvanla Dağlıq Qarabağ arasında vahid iqtisadi zonanın saxlanılacağı haqqında məlumat yayılıb. Məlumata əsasən bildirilir ki, bununla Azərbaycan Qarabağı birdəfəlik itirə bilər. Məsələ ilə bağlı Hafta.az-a açıqlama verən hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenat Üzeyir Cəfərov bildirir ki, səslənən fikirlər absurd və heç bir əsası olmayan xülyalardır: “Dünya dövlətləri heç bir halda bu ağlasığmaz versiya ilə razılaşa bilməzlər. Nəzəri baxımdan hətta bu prosesi proqnozlaşdırmağa çalışsaq belə, Azərbaycan məsələyə çox sərt təpki göstərəcək. Bu məsələ elə kökündəcə məhv ediləcək. Əgər Ermənistan bu məsələdə özünə arxayın olsaydı, ən azından "Dağlıq Qarabağ Respublikasının" rəsmən tanınmasına cəhd edərdi. Düşünürəm ki, bu cür primitiv və heç bir əsası olmayan məsələlərə dəyərli vaxtımızı sərf etməməliyik. Biz torpaqlarımızın tezliklə işğaldan azad olunması üçün düşünməliyik. İqtisadi vəziyyəti gün-gündən ağırlaşan Ermənistana əlavə yükün lazım olmasını düşünmürəm. Separatçı ermənilərdən qurtulmağın yollarını onların özləri axtarıb tapmağa çətinlik çəkirlər”. Baş verənlərin Qarabağ münaqişəsinin tənzimlənməsinə təsirinə gəlincə ekspert bildirir: “İrəvan çalışır ki, Ermənistanla birlikdə Dağlıq Qarabağ da Gömrük İttifaqının tərkibinə daxil edilsin. Bu ermənilərin xam xəyallarıdır. Reallığa söykənməyən arzunun gerçəkləşməsi isə əsla mümkün deyil. Ona görə də Qarabağın guya birdəfəlik bizim üçün itirilməsi haqqında düşünmək lazım deyil. Bu heç vaxt reallaşmayacaq”. Geri qayıt |