Əsas Səhifə > Güney Press / Ana xəbər > Eldar Əzizovun Sumqayıtda daha bir park möcüzəsi
Eldar Əzizovun Sumqayıtda daha bir park möcüzəsi12-03-2014, 11:02 |
![]() Sumqayıt şəhəri, 11-ci mkr, 29 saylı binanın sakinləri üzləşdikləri problemlərlə əlaqədar TİA.AZ-a üz tutublar. Sakinlərin üzləşdiyi problem isə ağacların qırılması və onun yerində maşın təmiri sexlərinin inşa edilməsidir. Özü də bu işləri Zərifə Əliyeva adına park tikilməsi adı altında həyata keçirirlər. Sakinlər bildirir ki, yaşadıqları binanın arxasında boş qalmış ərazidə 500-dən artıq ağac əkiblər.Uzunillər binada yaşayanlar həmin ağaclara qulluq edərək, araya-ərsəyə gətiriblər. Lakin 2010-cu ildə Sumqayıt şəhər İcra Hakimiyyətindən nümayəndə gələrək bildirib ki, bu ərazidə akademik Zərifə xanım Əliyeva adına Park salınacaq və ona görə də ərazidəki ağaclar yeniləri ilə əvəz ediləcək, əlavə dekorativ güllər əkiləcək, sakinlərin asudə vaxtında istirahət edə bilməsi üçün hər cür şərait yaradılacaq. Sumqayıt camaatı deyir ki, bu xəbərdən sonra düşünüblər ki, daha yaxşı park salınacaq və ona görə də razılaşıblar. В«Ancaq təəssüf ki, biz bu yaxınlarda bilmişik ki, şəhər İcra Hakimiyyətinin işçiləri Zərifə xanımın adından da öz məqsədləri üçün istifadə edirlər. Akademik Zərifə Əliyeva adına Park salınacağı deyilən ərazidə indi kafe, “moyka”, avtomobil təmir sexləri tikilir. Bu da azmış kimi həmin obyektlərin qapısı düz bizim binalarımıza, pəncərələrimizə açılırВ». 11-ci mikrorayonun sakinləri sonda bildiriblər ki, bununla bağlı şəhər İcra Hakimiyyətinə şikayətlər ediblər. Lakin heç bir tədbir görülmür. Eldar Əzizovun yeni müavini kimdir? Sumqayıtda müavin postu varislik əsasında həyata keçirilir Bir neçə gün əvvəl Sumqayıt şəhər İcra Hakimiyyətində müavinlər səviyyəsində kadr dəyişikliyi olub. İcra başçısı Eldar Əzizov uzun illər icra başçısının müavini - şəhər təsərrüfatı şöbəsinin müdiri işləyən Tariyel Hacıyev vəzifəsindən azad edilib. İcra başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Sahib Quliyev isə Tariyel Hacıyevin yerinə təyin olunub.Tariyel Hacıyev şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal İstehsalat Birliyinin rəisi Abid Əliyevin müavini təyin edilib.Sumqayıta da xanım icra müavini təyin edilib. Belə ki, Sahib Quliyevin yerinə Lalə Zülfü qızı Hacıyeva təyin edilib, bundan sonra Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri kimi məhz bu xanım çalışacaq.Qeyd edək ki, Lalə Hacıyeva Eldar Əzizova elə də yabançı kadr deyil. Çünki yeni müavin keçmiş müavin Tariyel Hacıyevin dost-doğmaca qardaşı qızıdır. Geri qayıt |