Əsas Səhifə > Güney Press / Ana xəbər > Seyran Səxavətin prezidentdən xahişi var
Seyran Səxavətin prezidentdən xahişi var10-03-2014, 15:28 |
![]() Yazıçı Seyran Səxavət martın 10-da “Qanun” nəşriyyatına gedib. Nəşriyyatdan “Media forum” saytına verilən məlumata görə, yazıçı deyib ki, “Qanun”u ölkənin ən qabaqcıl nəşriyyatlarından biri hesab edir: “Bu nəşriyyat xeyli qiymətli kitab nəşr edir. Nəşriyyatın məhsulları məzmunu qədər estetik baxımdan da gözəldir. Bu da oxucuda maraq oyadır. “Qanun”un bir özəlliyi də odur ki, istedadlı, amma imkansız gəncləri önə çıxarmağa köməklik göstərir”. Vergi orqanlarının nəşriyyatı 150 min manat cərimələməsinə yazıçının münasibəti belə olub: “Qanun”un cərimələnməsini çox qəzəblə qarşıladım. Nəşriyyatı cərimələməzlər, nəşriyyata kömək edərlər. Biz kitaba and içirik, bundan müqəddəs nə var ki? Nəşriyyat dönər istehsal etmir, kitab istehsal edir. Dönər istehsal edənlə kitab istehsal edənə eyni gözlə baxdıqca ölkədə, cəmiyyətdə heç bir inkişafdan söz gedə bilməz. Mən indiyə qədər heç vaxt prezidentdən nəsə xahiş etməmişəm. Amma indi xahiş edirəm ki, “Qanun” nəşriyyatına kömək etsin”. Geri qayıt |