Əsas Səhifə > Güney Press / Ana xəbər > Ukrayna ssenarisi Azərbaycanda mümkün deyil – Abbas Abbasov danışdı

Ukrayna ssenarisi Azərbaycanda mümkün deyil – Abbas Abbasov danışdı


10-03-2014, 13:17
Ukrayna ssenarisi Azərbaycanda mümkün deyil – Abbas Abbasov danışdı
Ukraynada baş verən hadisələrin Rusiya və digər MDB ölkələrində, o cümlədən Azərbaycanda baş verə biləcəyinə və yayılacağına dair məlumatların son zamanlar KİV-lərdə tez-tez verilməsi məni qəzəbləndirir.

SalamNews-un xüsusi müxbirinin verdiyi xəbərə görə, bunu AzərRos FMMM Ağsaqqallar Şurasının sədri, Rusiya Xalqları Assambleya Şurasının sədr müavini Abbas Abbasov bildrib.

O deyib: “Hesab edirəm ki, bütün bu proqnozlar əsassızdır və bu barədə yazan şəxslər məsuliyyətsiz və insanların həyatı ilə oynayan insanlardır. Əminəm ki, Ukrayna ssenarisi Azərbaycanda bir çox səbəblərdən baş verə biməz. Azərbaycan son illər ərzində həm beynəlxalq səviyyədə, həm də ölkə daxilində bütün istiqamətlərdə mövqelərini gücləndirir.”

Onun sözlərinə görə, Azərbaycan və Rusiya arasında inam, qarşlıqlı anlayış və qonşuluğa əsaslanan olduqca konkret və hörmətcil münasibətlərin olması xoşdur. Azərbaycan və Rusiya arasındakı rasional və uzaqgörən siyasi münasibəltr regiondakı sabitliyin zəmanətidir. Biz – Rusiyada yaşayan azərbaycanlılar bu münasibəltərin daim möhkəmlənməsi və genişləndirilməsi üçün əlimizdən gələni edəcəyik.


Geri qayıt